Ziqmund Freyd deyir ki...

Ziqmund Freyd deyir ki...


  1. Şəxsiyyət müasir psixologiyanın ən mühüm kateqoriyalarından biridir. Şəxsiyyət konkret ictimai varlıqdır. Aşağıdakı əlamətləri vardır:
    1. Şəxsiyyət şüura malik olmalıdır.

    2. Şəxsiyyət nitqə malik olmalıdır.

    3. Şəxsiyyət ictimai tarixi təcrübəni mənimsəyə bilməlidir.

    4. Şəxsiyyət ictimai tarixi təcrübəni başqalarına ötürə bilməlidir.

    5. Şəxsiyyət əmək alətlərindən istifadə etməyi bacarmalıdır.

    6. Şəxsiyyət əmək alətlərini qoruya bilməlidir.  
  2.   Hər bir insan fərd kimi gəlir yəni bioloji xüsusiyyətləri ilə insan kimi doğulur, lakin zaman keçdikcə şəxsiyyətə çevrilir. Şəxsiyyət psixologiyasında fəaliyyət anlayışı mühüm əhəmiyyət kəsb edir. Hər bir şəxsiyyətin inkişafı həm onun anadan gəlmə irsi xüsusiyyətlərindən, həm də düşdüyü şəraitdən asılıdır. Belə bir fikirdə mövcuddur ki, şəxsiyyətin mühit yetişdirir. Lakin bu o demək deyil ki, şəxsiyyətin inkişafında irsi amillərin rolu inkar olunmalıdır.

     Conn Lok belə bir fikir irəli sürmüşdür ki, insanın beyni ağ lövhədir. Onun tərəfdarları da dahil belə düşünürdülər ki, insanın şəxsiyyət kimi inkişafı şəraitdən daha çox asılıdır. 

    Şəxsiyyətin inkişafında 2 mühüm cərəyanın xüsusi rolu var:

    1) Biogenetik 2) Sosiogenetik

    Biogenetik nəzəriyyə şəxsiyyətin inkişafında bioloji amillərə üstünlük verir. Bu cərəyanın tərəfdarları şəxsiyyətin inkişafında bioloji amillərin rolunu ifrat dərəcədə artırırlar. Sosiogentik cərəyanın tərəfdarları şəxsiyyətin inkişafında şəxsiyyətin sosial amillərin rolunu önə çəkirlər. Hər iki nəzəriyyə yanlışdır. Şəxsiyyətin inkişafı həm bioloji həm sosial amillərdən asılıdır.

    Insanın psixikası 3 yerə ayrılır:

    1.  şüur

    2.  şüurdan kənar

    3.  şüuraltı

  3. Freyd qeyd edirdi ki, insan şüurdan kənar ideyalarını şüur qatına keçirməzdən əvvəl onu senzuradan keçirdir. Bəzi ideyalar bu senzurada qalır. O belə hesab edirdi ki, senzurada qalan ideyalarımız şüuraltı zonaya sıxışdırılır. Freyd həmin zonanı Cəhənnəm adlandırır.

    Freyd psixikanı analiz edərkən obrazlı şəkildə belə bir müqayisə aparır.

    Şüurdan kənar ideyaları eyvana bənzədir. Şüur qatını isə otaq anlayışı ilə eyniləşdirir. Deməli, eyvandan, şüurdan kənar şüurumuza daxil olan ideyalar, fikirlər, arzular otağa keçməzdən əvvəl qaranlıq dəhlizdən keçməli olur. 

    Freyd belə hesab edir ki, insanın bir çox gizli arzuları, istəkləri, ideyaları qaranlıq dəhlizdə qalır. Yəni, qaranlıq dəhliz şüuraltı zonadır, insan öz həyata keçməyən arzularını həmin zonaya sıxışdırır.

    Sıxışdırılmış və susdurulmuş ideyalar qaranlıq dəhlizdə yığılaraq müxtəlif əsəb xəstəliklərinin başlanğıcına çevrilir. 

    Freydin əsas ideyası bundan ibarət idi ki, insanı 2 mühüm qüvvə, daha doğrusu 2 mühüm instink – cinsi həvəsözünü müdafiə idarə edir. Freyd insanlara məsləhət görürdü ki, həddindən artıq özünə tələbkar olmasınlar, bacardıqca arzularını reallaşdıra bilsinlər. Lakin insan özünə həddən artıq olar dedikdə insan xudbin eqoist, pozğun adama çevrilə bilər. Ən yaxşısı orta yolu tapmaqdır deyip və sublimasiya anlayışını işlədir.

    (Latın sözüdür. “dəyişmə” deməkdir). Bəzən insanlar nakam qalmış ideyalarla yuxuda sublimasiya edir. 

    O hesab edir ki, insanın gizli istəkləri, susdurulmuş ideyaları, zaman keçdikcə unudulmur əksinə güclənir. 

    Məsələn, təsəvvür edin ki, oqressiv ata hər gün oğlunu müxtəlif bəhanələrlə döyür. Qəlbində ataya qarşı böyük nifrət yaranan oğlan bu nifrəti şüuraltı zonaya sıxışdırır. Lakin oğlan böyüdükdən sonra bu şüuraltı ideyalar şüurqatına keçə bilər, onu idarə edə bilər.

    Arzu və ideyalarımızı qaranlıq otağa sıxışdırmamaq diləyi ilə.

    Hazırladı: empaTV
Top