Philips Avent “Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr olunan seminar keçirib

Philips Avent “Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr olunan seminar keçirib


empatv.az xəbər verir ki, Philips Avent-in təşkilatçılığı ilə “Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə uşaq hüquqlarına dair genişmiqyaslı maarifləndirici seminar baş tutub. Tədbirin məqsədi uşaq hüquqlarının qorunması ilə bağlı psixoloji, tibbi və hüquqi biliklərin artırılması, həmçinin bu istiqamətdə ictimai maarifləndirilmənin gücləndirilməsi olub.

Seminarda 30-a yaxın pediatr, psixoloq və hüquqşünas iştirak edib. Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva uşaq hüquqlarının psixoloji aspektlərini, tibb üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova pediatrların bu sahədə rolunu, hüquqşünas Ayan Qurbanova isə hüquqi prinsipləri və onların gündəlik həyatda tətbiqini iştirakçılarla bölüşüb.

Tədbir, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq və yerli yanaşmaların müzakirəsi üçün mühüm platforma yaradıb. Sonda seminar iştirakçılarının mövzuya dair fikirləri öyrənilib və uşaq hüquqlarının qorunmasının hər kəsin birgə məsuliyyəti olduğu vurğulanıb.
Top