''Beynəlxalq Kouçinq Forumu 2024''

''Beynəlxalq Kouçinq Forumu 2024''


21.04.2024 tarixində Bakı Gənclər Mərkəzində, "SƏSDƏN KÖNÜLLƏRƏ" Beynəlxalq Kouçinq Layihəsinin rəhbəri Əsmər Kərimovanın təşkilatçılığı və təşəbbüsü ilə davamlı inkişaf naminə "Beynəlxalq Kouçinq Forumu 2024" keçirildi. Forumda kouçinq sisteminin əhəmiyyətindən, kouçların insanların həyatındakı rolundan, cəmiyyətə verdiyi və verə biləcəyi töhfələrdən danışıldı. Forumun rəsmi tərəfdaşı Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycanda fəaliyyət göstərən ilk və tək təsdiqli kouçinq mərkəzi İCE Academy , media dəstəyi isə "Empa TV" Sosial-psixoloji Media idi. Forum televiziya və radio aparıcısı Rauf Şirinovun peşəkarlığı ilə aparıldı. Açılış nitqini layihə rəhbəri Əsmər Kərimova etdikdən sonra söz spikerlərimizə verildi. Birinci hissədə  Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycan bölməsinin prezidenti İlham Musayev, Federasiyanın regional meneceri Sofia Rodrigues, Peşəkar kouç və Wegros platformasının direktoru, həmtəsisçisi Sənan  Həsənov, Federasiyanın MCC ünvanlı kouçu və Mentor Mehmet Eğilmezer, Etika üzrə təlimçi və kouç Vüqar Sadiq çıxış etdilər. Daha sonra yer musiqiyə verildi.Gənc və istedadlı musiqiçi, Səs Azərbaycan - 2023 musiqili yarışmasının qalibi Zülfü  Əsədzadənin ifası və Kamerton rəqs qrupunun ifasında birlik və bərabərlik rəmzi olan "Yallı" rəqsi  iştirakçıların zövqünü oxşadı.
Top