Folklor Kadrda : "Ulduz" Filmindəki Unudulmaz Toy Ənənəsi
Azərbaycan kinosu təkcə bir sənət növü deyil, həm də xalqımızın zəngin mədəniyyətini və adət-ənənələrini qoruyub gələcək nəsillərə ötürən bir yaddaşdır. Rejissor Ağarza Quliyevin "Ulduz" filmi də məhz belə dəyərli nümunələrdən biridir. Bu filmdəki hər kadr, hər dialoq bizə folklorumuzun necə əbədiyaşar olduğunu göstərir. Filmdəki ən yaddaqalan səhnələrdən biri də Bəxtiyarla Ulduzun toy mərasimidir. Bu səhnə xüsusilə bir folklor örnəyini, "Bəylə gəlinin tərifi" ənənəsini əks etdirir.
Bildiyiniz kimi "Bəylə gəlinin tərifi" qədim adətlərimizdən biridir. Bu ənənədə bəy və gəlin toyxanaya daxil olanda aşıqlar və ya məclisdə olan ağsaqqallar tərəfindən müxtəlif şeirlər və deyimlərlə onlara təriflər oxunur, ailəyə və toy sahiblərinə xoş sözlər deyilir. Bu, sadəcə bir mərasim deyil, həm də yeni qurulan ailəyə verilən xeyir-dua və gözəl arzuların ifadəsidir.

"Ulduz" filmində bu səhnə çox gözəl çəkilib. Bəxtiyar və Ulduz toyxanaya girəndə Məhəmməd və Züleyxa adlı qonaqların ifasında bu ənənə canlanır. Məhəmməd bəyi, Züleyxa isə gəlini vəsf edir:Məhəmməd oxuyur:
"Oğlanların oğlanısan,
Bir tellini sən ovlamısan.
Gözəl-göyçək ovlamısan,
Ay bəy, toyun mübarək."
Züleyxa oxuyur:
"Qızımız dünyada təkdir,
Yanaqları ağ çiçəkdir, al çiçəkdir."
Bu misralarda gəlinin gözəlliyi və bəyin igidliyi tərənnüm olunur. Bu adət xalqımızın adət-ənənələrə necə bağlı olduğunu, toy mərasimlərinə nə qədər əhəmiyyət verdiyini göstərir.
Bu gün bəzi toylarda unudulmağa başlayan bu gözəl ənənə, "Ulduz" filmi kimi dəyərli sənət əsərləri vasitəsi ilə bizə yenidən xatırladılır. Film həm dərin məzmunu, həm də folklor örnəklərini ehtiva etməsi ilə kinomuzun milli xüsusiyyətlərini qoruyur. "Bəylə gəlinin tərifi" adəti bir daha sübut edir ki, kinomuz təkcə əyləncə üçün deyil, həm də mədəniyyətimizin aynasıdır.

Qədirli