Ziyalı Qadın Düşüncəsi
Azərbaycan qadınının dərin dünyagörüşü, milli dəyərlərə bağlılığı və cəmiyyətdəki yeri haqqında səmimi düşüncələr.
Bu gün bizim qonağımız düşüncələri ilə ziyalılığın fərqli bir anlayışını təqdim edən Lalə Teymurqızıdır. Onunla söhbətimizdə ziya anlayışının əsl mənasını, Azərbaycan qadınının tarixini və cəmiyyətin gələcəyindəki rolunu müzakirə etdik.
– Ziyalı sözünün mənasını necə izah edərdiniz? Bu anlayışın bugünkü cəmiyyətdə necə təzahür etdiyini düşünürsünüz?
– Ziya sözü "işıq" deməkdir. Ziyalı isə "işıqlı", "nurlu" birinə deyilir. Burada nəzərdə tutulan işıq auditoriyalarda öyrənilən elm deyil. Bu başqa bir elmdir. Bu elm özü üzərində işləyib ruhunu, nəfsini tərbiyə edənlərin yiyələndiyi bəsirət elmidir. Bu elmi heç kim deməklə və ya oxumaqla anlamaz. Onu yana-yana yaşayan bilər. Bu elm dərin, hətta sonsuz dərindir. Ziyalı qadın mənim üçün sonsuzluqdur.
– Tarixdə bu cür ziyalı qadınlara rast gəlirikmi?
– Mən qəti əminəm ki, qədimdə Azərbaycan qadınları çox daha ziyalı olublar. 18-ci, 19-cu, hətta 14 -16-cı əsrlərdə belə çox ziyalı qadınlar tapa bilərik. Məsələn, Ağqoyunlu dövlətinin hökmdarlarından Uzun Həsənin anası Sara xatun dövrünün güclü diplomatı idi. Amma bütün bunlar təhsillə əlaqəli deyil. Savad, ziya başqa bir şeydir, təhsil isə tamamilə başqa. Təhsilli olmaq diplomun olmasıdır, savad isə insanın içində olandır. Təəssüf ki, bugünkü Azərbaycan qadınının ziya səviyyəsi olduqca zəifdir. Əlbəttə, içlərində seçmələr var. Tanıdığım elə ziyalı xanımlarımız var ki, onlarla adi söhbət belə məni mənən qidalandırır.
– Nizami Gəncəvinin "İskəndərnamə" əsərindəki Nüşabə obrazını Azərbaycan qadınının simvolu adlandırırsınız. Niyə?
– Məncə, Azərbaycan qadını Nüşabənin xələfidir. Nizami Gəncəvinin əsərində Bərdə hökmdarı Nüşabə İskəndəri zəkası ilə heyrətləndirir. O, "Dirilik suyu"nu İskəndərə bəxş edir. Nüşabə sözünün lüğəvi mənası "içənə ölümsüzlük verən su, həyat suyu" deməkdir. Belə bir tarixi mirasla Azərbaycan qadını dünyanın ən güclü qadınıdır. Onlar sadəcə təhsilli yox, həm də çox savadlı, mənəvi cəhətdən zəngin olublar. Hacı Zeynalabdin Tağıyevin dediyi kimi: "Bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq." Hələ 1901-ci ildə məhz onun təşəbbüsü ilə Bakıda ilk qızlar məktəbinin açılması da ziyalı qadın məfhumuna verilən dəyərin göstəricisidir.
– Hüseyn Cavidin "Qadın gülərsə, şu ıssız mühitimiz güləcək" misraları haqqında fikirləriniz çox təsirlidir.
– Bəli, bu misralar qadının cəmiyyətdəki rolunu çox gözəl əks etdirir. Hüseyn Cavid qadını günəşə bənzədir. Uşaq aydır və ay öz işığını günəşdən alır. Yəni bu günü də, sabahı da qadın qurur. Qadın cəmiyyətin inşaatçısıdır. O çox güclü bir sənətkardır və qadının şah əsəri cəmiyyətdir.
– Son olaraq, oxuculara hansı mesajı vermək istərdiniz?
– Qadın özü yaradanın incə sənətidir. Bizə verilən ali potensial imkanları elmin gücü ilə cilalandırmalıyıq. Qadının əsl bəzəyi, zinəti iti əqli, zəkası və savadıdır. Daim öz üzərimizdə işləməli, özümüzü daha işıqlı yerlərə daşımalıyıq. Bizlər təkcə özümüzə cavabdeh deyilik, bütün bəşərin gələcəyinin məsuliyyəti ilə mükəlləfik. İnsan dəyərləri qədər dərindir və dəyərlidir.
– Çox sağ olun,Lalə xanım.
Bu gün bizim qonağımız düşüncələri ilə ziyalılığın fərqli bir anlayışını təqdim edən Lalə Teymurqızıdır. Onunla söhbətimizdə ziya anlayışının əsl mənasını, Azərbaycan qadınının tarixini və cəmiyyətin gələcəyindəki rolunu müzakirə etdik.
– Ziyalı sözünün mənasını necə izah edərdiniz? Bu anlayışın bugünkü cəmiyyətdə necə təzahür etdiyini düşünürsünüz?
– Ziya sözü "işıq" deməkdir. Ziyalı isə "işıqlı", "nurlu" birinə deyilir. Burada nəzərdə tutulan işıq auditoriyalarda öyrənilən elm deyil. Bu başqa bir elmdir. Bu elm özü üzərində işləyib ruhunu, nəfsini tərbiyə edənlərin yiyələndiyi bəsirət elmidir. Bu elmi heç kim deməklə və ya oxumaqla anlamaz. Onu yana-yana yaşayan bilər. Bu elm dərin, hətta sonsuz dərindir. Ziyalı qadın mənim üçün sonsuzluqdur.
– Tarixdə bu cür ziyalı qadınlara rast gəlirikmi?– Mən qəti əminəm ki, qədimdə Azərbaycan qadınları çox daha ziyalı olublar. 18-ci, 19-cu, hətta 14 -16-cı əsrlərdə belə çox ziyalı qadınlar tapa bilərik. Məsələn, Ağqoyunlu dövlətinin hökmdarlarından Uzun Həsənin anası Sara xatun dövrünün güclü diplomatı idi. Amma bütün bunlar təhsillə əlaqəli deyil. Savad, ziya başqa bir şeydir, təhsil isə tamamilə başqa. Təhsilli olmaq diplomun olmasıdır, savad isə insanın içində olandır. Təəssüf ki, bugünkü Azərbaycan qadınının ziya səviyyəsi olduqca zəifdir. Əlbəttə, içlərində seçmələr var. Tanıdığım elə ziyalı xanımlarımız var ki, onlarla adi söhbət belə məni mənən qidalandırır.

Aysu Qədirli