Bizim üçün yazılmış son məktub...

Bizim üçün yazılmış son məktub...


"Bu gün səhər yuxu gördüm... Yuxuda evdə idim, anam mənə plov çəkirdi, balaca bacım məndən çox sevdiyi şokoladı istəyirdi. Gülümsədim, amma birdən ayıldım. Anladım ki, bu bir yuxudur. Buradayam, Vətən üçün döyüşdəyəm. Bu səngərdə, bu soyuq torpaqda. Amma qəlbim istidir, Vətən eşqi ilə doludur.
Hər kəs məndən soruşur: "Qorxursanmı?" Yalan demərəm, hə, qorxuram. Amma bu qorxu özüm üçün deyil, sizin üçündür. Qorxuram ki, mən yox, siz bir daha bu torpaqların azadlığını görməyəsiniz. Mən ölümə hazıram, yetər ki, siz yaşayasınız.
Bir azdan hücuma keçəcəyik. Komandir deyir ki, bu, son zərbə olacaq. Bilmirəm, geri qayıdacağımmı... Amma sizə söz verirəm, mən sizinləyəm. Gecələr yuxunuza girən bir bayraq, səhərlər sizi oyadan bir səs, qəlbinizdə Vətən sevgisini yaşadan bir ruh olacağam. Mən ölməyəcəm, mən Vətən olacağam. Mən hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayacağam. Mən sizin gələcəyiniz üçün canından keçən bir şəhid olacağam.
Unutmayın, bizim qanımız yerdə qalmadı. Birlikdə çiyin-çiyinə döyüşdük və bu gün bu torpaqlar azad olundu. İndi sizdən tək istədiyim bir şey var: Yaşayın. Vətəni sevin. Onun üçün oxuyun, çalışın. Bizim qələbəmizi yaşatmaq, Vətənin gələcəyini daha parlaq etmək üçün yaşayın. Bizim əmanətimizə sahib çıxın. Vətənimiz sağ olsun!"

Qədirli
Top