EmpaTV – “Mediada peşəkar iz” şüarı ilə 3 yaşında
İlk sosial-psixoloji media platforması olan EmpaTV YouTube kanalı fəaliyyətinin 3-cü ildönümünü qeyd edir.
Qeyd edək ki, Empa TV YouTube kanalı 2021-ci ildən fəaliyyət göstərir. Kanalın təsisçisi və direktoru jurnalist Sevinc Rəcəbovadır.
Əvvəlcə 2020-ci ildə instaqram üzərindən fəaliyyətə başlayan layihə qısa müddətdə geniş auditoriya qazanaraq 2021-ci ildən YouTube platformasında fəaliyyətini davam etdirib.
Empa TV sosial-psixoloji, maarifləndirici proqram və süjetlərin təqdimatı, eləcə də psixoloqların layihələrinin həyata keçirilməsi ilə ictimaiyyətə xidmət edir. Burada tamaşaçılar “Anlayışlı cəmiyyət”, “sağlam düşüncəli insanlar”, “doğru ünsiyyət”, “səmimi münasibət” və “qərəzsiz baxış bucağı”nın mümkünlüyü barədə suallara cavab tapırlar.
Bu müddət ərzində kanal müxtəlif mövzulara toxunan proqramları ilə izləyicilərin rəğbətini qazanıb. Hazırda isə 7 veriliş və 3 rubrika olmaqla ümumilikdə 10 proqram yayımlanır.
Yeni yaşına qədəm qoyan EmpaTV artıq yenilənmiş şüarı – “Mediada peşəkar iz” ilə tamaşaçı qarşısına çıxır. Kanal bundan sonra da sosial-psixoloji mövzulara işıq tutaraq, gənclərin maariflənməsinə, media mühitində yeni yanaşmaların formalaşmasına xidmət edəcək.
Qədirli