31 Dekabr – Həmrəyliyin səsi
Bu gün xəritələr susur, sərhədlər mənasını itirir. Çünki dünyanın harasında olmasından asılı olmayaraq, azərbaycanlı adı eyni ritmlə döyünür. Bu, Vətən həsrətinin, ana dilinin, bir bayrağın altına sığan milyonlarla ürəyin səsidir.
Həmrəylik – sadəcə bir söz deyil. O, qürbətdə yaşanan xatirələrdə, ana laylasında, uzaqlardan baxılan Vətən səmasında gizlənən bir bağdır. Bu bağ bizi birləşdirir, parçalanmağa imkan vermir. Çünki azərbaycanlı olmaq məsuliyyətdir: dili yaşatmaq, tarixi unutdurmamaq, milli ruhu qorumaq.
31 Dekabr bizə xatırladır ki, gücümüz tək-tək deyil, birlikdədir. Ayrı-ayrı ölkələrdə yaşasaq da, eyni kökdən su içirik. Birliyimiz sarsılmaz olduqca, Azərbaycan adı da ucalacaq.
Bu gün həm qürurdur, həm anddır. Hara getsək də, kimlərlə üz-üzə gəlsək də, Vətənin adını ləyaqətlə daşımaq andı. Çünki həmrəylik yaşadıqca, millət də yaşayır.
Bu gün keçmişlə gələcək arasında qurulan mənəvi körpüdür. Ulu babaların miras qoyduğu birlik ruhu bu gün gənc nəsillərin düşüncəsində yenidən canlanır. Hər bir azərbaycanlı bu həmrəyliyin daşıyıcısı, bu milli yaddaşın qoruyucusudur.
Qoy 31 Dekabr yalnız bir bayram günü kimi deyil, birliyin, qürurun və milli məsuliyyətin simvolu kimi yaddaşlarda yaşasın. Çünki bu səs — həmrəyliyin səsi — susmadıqca, Azərbaycan da var olacaq.

Müxbir: Qızılgül İbrahimova