Mirzə Babayev: Azərbaycan estradasının təməlini qoyan sənətkar
Bu gün Azərbaycan estrada musiqisinin banilərindən biri, Xalq artisti Mirzə Babayevin anım günüdür. Sənətkar 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib, İçərişəhərin "ağşalvarlılar" məhəlləsində böyüyüb. Müasir düşüncəli bir ailədə yetişən Mirzə Babayevin musiqiyə marağı anası Sona xanımdan qaynaqlanırdı. O, səhnəyə çıxmazdan əvvəl təhsil aldığı Sənaye İnstitutunda və o dövrün məşhur "Metropol" restoranında çıxış edib. Maraqlıdır ki, həmin illərdə müğənnilər mikrofon yox, ruporla oxuyurdular.
Ali təhsilini M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində alan Mirzə Babayev musiqi ilə yanaşı memar və rəssam kimi də fəaliyyət göstərib. Müharibə illərində Rostovda döyüşüb, leytenant rütbəsi və bir neçə medalla Vətənə qayıdıb. Müharibədən sonra Gəncə və Ağdamda inzibati binalar, Bakıda "Vətən" kinoteatrı onun layihələri əsasında inşa edilib.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq Bülbülün sinfində təhsil alan Mirzə Babayev estrada musiqisinə üstünlük verib. Tofiq Quliyevin caz orkestrində çıxış edən sənətkar Azərbaycan estradasının ilk ifaçılarından biri kimi tanınıb. O, eyni zamanda şanson üslubunda oxuyan nadir müğənnilərdən olub.

Mirzə Babayev 40-dan artıq filmdə rol alıb, bir çox filmlərdə onun ifası xüsusi olaraq nəzərə alınıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışan sənətkar 1960-cı ildə "Əməkdar artist", 1992-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Mirzə Babayev 2003-cü il yanvarın 13-də 89 yaşında vəfat edib. Bu gün onun adı Azərbaycan estrada sənətinin formalaşmasında əvəzsiz xidmətləri ilə hörmətlə anılır.

Surə Əliyeva