Mançesterin 7 nömrə mirası
Futbolda bəzi forma nömrələrinin özünə məxsus xarizması var.
Məsələn: 7 nömrə
7 nömrə dedikdə isə ağıla ilk gələn klub, bir zamanlar bunu ənənə halına salmış "Mançester Yunayted"dir."Mançester Yunayted"də özünəməxsus yeri olan bu forma zamanla bir mirasa dönüşdü. Corc Bestlə başlayan bu hekayə Brayan Robsonla liderlik və mübarizə ruhu qazandı."The King" ləqəbi ilə tanınan Erik Kantona xarizması və liderliyi ilə 7 nömrəli formanı xəyalların teatrı adlandırılan "Old Trafford" stadionunu dolduran minlərlə insanın sevimlisinə çevirdi.
Dəqiq ötürmələri, qüsursuz cərimə zərbələri ilə xatırlanan Devid Bekhem isə bu nömrəyə ikonluq qazandırdı.
"Mançester Yunayted"in sonuncu əfsanəvi 7 nömrəsi kimi xatırlanan Kriştianu Ronaldu gənc yaşda geyindiyi bu formanı çalışqanlığı, əzmi və qazandığı kuboklarla bir markaya çevirdi.
Əfsənəvi 7 nömrə, futbolun sənət və xarizmasını təmsil edən, futbolsevərlərə unudulmaz anlar yaşadan bir simvoldur.
Fikirlərimi bir kitabda oxuduğum bu sitatla bitirmək istəyirəm;
Hər şey sonsuza qədər var olmaz, onları dəyərli edən də budur. "Mançester Yunayted"in 7 nömrəli forması isə biz futbolsevərlər üçün hər zaman böyük dəyər daşıyacaq.

Hazırladı: Müxbir Murad Hümbətov