Süni intellekt insan düşüncəsini zəiflədir, yoxsa dəyişdirir?
Süni intellekt artıq təkcə texnologiya mütəxəssislərinin deyil, bütövlükdə cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Axtarışdan yazıya, təhlildən qərarverməyə qədər bir çox sahədə insanı "düşünməkdən azad etdiyi" iddia olunur. Bəs bu rahatlıq insan təfəkkürünü həqiqətən zəiflədir, yoxsa düşünmə tərzimizi köklü şəkildə dəyişdirir?
Məhz bu sual ətrafında formalaşan müzakirələr süni intellektin insan beyninə təsirini yenidən gündəmə gətirir. Mövzu ilə bağlı süni intellekt mütəxəssisi Ümid Salay empatv.az-a açıqlama verib: "Bu suala "zəiflədir" və ya "gücləndirir" kimi qəti cavab vermək düzgün olmaz. Məncə, süni intellekt insan düşüncəsini zəifləndirmir, onu dəyişdirir - və bu dəyişimin necə olacağı birbaşa insanın AI-dən necə istifadə etməsindən asılıdır. Süni intellekt hazırda düşünmək yerinə düşünən deyil, düşünmə prosesini sürətləndirən və genişləndirən alətdir. Əgər insan AI-ni yalnız hazır cavab almaq, minimum zehni effortlə nəticəyə çatmaq üçün istifadə edirsə, bu zaman analitik düşünmə, yaddaş və problem həll etmə bacarıqları zamanla passivləşə bilər. Yəni zəifləmə riski texnologiyanın özündən yox, istifadənin formasından doğur. Amma digər tərəfdən, AI düzgün istifadə edildikdə insan düşüncəsini daha üst səviyyəyə daşıyır".
Həmçinin Ümid Salay qeyd edib ki, süni intellekt rutini, texniki detalları və vaxt aparan prosesləri üzərinə götürdükdə, insan daha çox strateji düşünməyə, yaradıcı yanaşmaya və kompleks problemləri anlamağa fokuslana bilir. "Bu isə düşüncənin azalması yox, daha abstrakt və sistemli formaya keçməsi deməkdir. Tarixə baxsaq, oxşar qorxular hər böyük texnoloji sıçrayışda olub. Yazının ixtirası yaddaşı zəiflədəcək deyirdilər, kalkulyatorlar riyazi düşüncəni məhv edəcək deyirdilər. Reallıqda isə bu alətlər düşüncəni yox, onun formasını dəyişdi. Süni intellekt də eyni mərhələdədir. Mənim baxışım budur ki, süni intellekt insan düşüncəsini avtomatlaşdırmır, onu təbəqələşdirir. İnsan daha az mexaniki düşünür, daha çox məna, əlaqə və kontekst üzərindən düşünməyə başlayır. Bu isə zəifləmə deyil, adaptasiyadır".
Jurnalist Xumar Emilqızı