21 fevral - Beynəlxalq Ana Dili Günü
Ana dili insanın həyata açılan ilk pəncərədir. Körpə dünyaya göz açdığı andan ilk eşitdiyi səs ana səsidir və o səs ana dilində səslənir. Bu səbəbdən ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də insanın duyğularının, düşüncələrinin və kimliyinin təməlidir. Dil insanın ruhuna hopur, onun dünyagörüşünü formalaşdırır və həyat boyu onunla birgə yaşayır. Hər bir xalqın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri onun dilində yaşayır. Əgər bir xalqın dili yaşayırsa, deməli o xalq da yaşayır. Dil millətin yaddaşıdır. Atalar sözlərimiz, bayatılarımız, dastanlarımız, klassik ədəbiyyatımız - hamısı ana dilimizin zənginliyini və gözəlliyini göstərir. Bu dil əsrlər boyu şairlərin qələmində poeziyaya, aşıqların sazında nəğməyə, alimlərin əsərlərində elmi fikrə çevrilmişdir. Tarix boyu müxtəlif dövrlərdə təzyiqlərlə üzləşsə də, öz varlığını qoruyub saxlamışdır. Xalqımız dilinə sahib çıxmış, onu nəsildən-nəslə ötürmüşdür. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - Nizami Gəncəvi, Füzuli, Cəlil Məmmədquluzadə və digərləri ana dilimizin inkişafında böyük rol oynamışlar. Onların əsərləri dilimizin ifadə imkanlarını daha da genişləndirmiş, onu zənginləşdirmişdir.
Müstəqil Azərbaycan dövlətində dilimizin qorunması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun siyasi kursunu davam etdirən İlham Əliyev də dil siyasətini zəruri məsələlərdən biri kimi daim diqqətdə saxlayır. Bu isə göstərir ki, dil məsələsi dövlət səviyyəsində milli təhlükəsizlik və milli kimlik kimi dəyərləndirilir. 21 fevral - Beynəlxalq Ana Dili Günü bizə bir daha xatırladır ki, dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin borcudur. Bu gün sadəcə bir təqvim günü deyil, milli özünüdərk günüdür. Xüsusilə gənclər ana dilində düzgün danışmalı, yazmalı, sosial şəbəkələrdə və gündəlik ünsiyyətdə dilimizin saflığını qorumalıdırlar. Xarici dilləri bilmək vacibdir, lakin ana dilini unutmaq olmaz. Çünki insan neçə dil bilsə də, qəlbinin dili həmişə ana dili olur. Ana dili insanın mənəvi dayağıdır. Vətəni sevmək necə müqəddəsdirsə, ana dilini sevmək də bir o qədər müqəddəsdir. Dilimizi qorumaqla biz tariximizi, mədəniyyətimizi və gələcəyimizi qorumuş oluruq.
Ana dilimiz bizim varlığımız, kimliyimiz, ruhumuzdur.
Jurnalist Xumar Emilqızı