Xocalı xatirələri
İnsanlıq tarixinin gördüyü ən dəhşətli faciələrindən olan - Xocalı soyqırımını haqqında məlumatları qələmə almaq mənim üçün olduqca təsirli, bir o qədər də böyük məsuliyyətdir. Çünki yazımda XX əsrin ən dəhşətli faciəsi haqqında etdiyim araşdırmalarla yanaşı, qətliamın canlı şahidlərindən olan atamın danışdıqlarını vərəqə köçürmək çox ağır idi.
Hələ mən azyaşlı uşaq olarkən Xocalı sakini olan atamın mənə danışdıqlarını anlaya bilmirdim. 5-6 yaşlı uşağın bunları başa düşməsi asan deyil. Məhz insanın diri-diri yandırılmasını, uşaqların, qadınların vəhşicəsinə öldürülməsini ilk dəfə atamın danışdığı bu həqiqətlərdə eşitdim. Bütün bunlarla yanaşı Azərbaycan xalqının şücaəti, qəhrəmanlığı ilə də ilk dəfə elə bu yaşlarda tanış oldum. Azərbaycan xalqının qəhrəmanlığını əbəs yerə vurğulamadım.
O zamanlar Xocalı Aeroportunun rəisi olan, Milli Qəhrəman Əlif Hacıyev əhalinin təhlükəsizliyini təmin etmək üçün Babama belə bir təklif edir ki, yaşlıları, qadınları, uşaqları daha təhlükəsiz bir yerə çıxarsınlar. Müharibənin ən qızğın vaxtında ən məntiqlisi bu idi, lakin babam buna etiraz edir və sonacan öz doğma şəhərində qalacağını bildirir. Xocalı faciəsi zamanı isə Baba əsir düşür, insanların diri-diri yandırılmasının şahidi olur.
Babamın əsir düşməsi isə belə baş verir; erməni silahlı qüvvələri şəhərə girəndə hamı pərakəndə şəkildə pənah götürdüyü yerə doğru qaçmağa başlayır. Öz evlərindən müəyyən qədər uzaqlaşandan sonra Babam bütün ailəni atama tapşırıb bildirir ki, evə dönməlidir, bir şeyi unudub. O an yadına düşür ki, bütün sənədlər və açarlar evdədir. Babam dediyində duran adam idi. Evinə qayıdır, sənədləri götürüb çıxanda hansısa bir hiss onu saxlayır və dönüb uzun uzadı, son dəfə doğma evini izləyir. Elə bu anda erməni əsgərləri Babamı əsir götürürlər. Deyirlər: Əsirlikdən qayıdanda ailə babamı tanıya bilmir. Psixologiyası sarsılır. O günlərdən sonra susqun, təmkinli adama çevrilir. Bu hadisələr atama da təsirsiz ötüşmür, nə də olsa yarım qalmış bir gənclik, yaşanmamış arzular qalmışdı. Təsəvvür edin ki, doğulub boya-başa çatdığınız diyardan didərgin düşürsünüz. Bu kim olsa təsir edərdi. Necə ki, atama da təsir etdi.
Bu qətliama dünya mətbuatı biganə qala bilmədi. Amerikalı jurnalist, Tomas Qoltzun 1992-ci il fevralın 27-də "Washington Post" qəzetində yayımlanan məqaləsi Amerika ictimaiyyətinə Xocalıda törədilmiş qətliam haqqında məlumat verdi. Bununla kifayətlənməyən jurnalist o gecəki qırğından güc-bəla ilə canlarını qurtarıb, Ağdama pənah gətirən bir sıra insanlarla görüşüb, onlardan əsl həqiqəti öyrənmişdi. Bununla yanaşı, Böyük Britaniyada "BBC" kanalı, Fransada "Le Monde", Türkiyədə "Milliyyət", Rusiyada isə "Svoboda" qəzeti "faciəni törədənlərə haqq qazandırıla bilməz" başlıqlı məqalələrlə bu soyqırım barədə məlumat vermişlər.
Bu gün Xocalı şəhəri Ali baş komandan İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu sayəsində azaddır. Hər bir Xocalılı kimi biz də yenidənqurma və bərpa işləri bitdikdən sonra Xocalı şəhərinə dönməyi arzulayırıq. Və mən Sumqayıt Dövlət Universitetində aldığım yüksək akademik təhsil sayəsində Xocalı məktəblilərinə müəllim kimi bir rol model olacağıma əminəm.
44 günlük vətən müharibəsində qazanılan zəfər təkcə qələbəni yox, həm də ümidi, haqq-ədaləti, günahsız qurbanların ruhuna ehtiramı simgələyirdi.
Bu zəfərin biz Xocalılar üçün hansı əhəmiyyəti daşıdığını sizlərə Yunan mifologiyasına əsaslanan bir hekayə ilə çatdırmaq istəyirəm;
Mifə görə, qədim zamanlarda tanrılar bəşəriyyəti cəzalandırmaq üçün Pandora adlı qadını yaratdılar. Tanrılar ona içində dünyanın bütün bəlaları olan qutu - Pandora qutusunu verdilər və qutunu açmamasını tapşırdılar. Lakin Pandoranın marağı üstün gəldi və o, qutunu açdı. Açılan kimi qutudan xəstəlik, kədər aclıq və fəlakətlər dünyaya yayıldı, insanlar balalara məruz qaldı.
Amma qutunun dərinliyində bir şey qalmışdı:
Ümid. Bu ümid ilahəsi Elpis idi və o, insanların qarşılaşdığı bütün bəlalara rəğmən yenə də gələcəyə inamla baxmasını simvolizə edirdi.
Məhz biz Xocalı sakinləri üçün də 44 günlük qələbə həmin ilahi ümidin parıltısı demək idi.
Son olaraq, məqaləmi Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə bitirmək istəyirəm; Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam !
Müxbir Murad Hümbətov