Bir Salamın Çəkisi: İnsanlığın Vizit Kartı
Dünyada ən ağır yük nədir, bilirsinizmi? Nə daşdır, nə dəmir. Dünyanın ən ağır yükü bəzi insanların dilinin ucuna qədər gəlib, oradan o tərəfə keçə bilməyən bir cüt kəlmədir: "Salam-əleykum" və ya adicə bir "Salam".
Salam Adi Söz Deyil
Salam, əslində, bir insanın qarşısındakına verdiyi "Mən sənə hörmət edirəm." bəyanatıdır. İki insan qarşılaşanda havada asılı qalan o kiçik kəlmə, əslində, təkəbbürün buzunu sındıran ən kəsərli baltadır. Amma, heyif ki, bəziləri üçün bu baltanı tərpətmək dağı yerindən oynatmaqdan daha çətin görünür.
"Salamı Almayanlar" və Kiçilən "Böyüklər"
Cəmiyyətdə elə bir təbəqə formalaşıb ki, onlar salamı bir "lütf" kimi görürlər. Salam verəni görməzdən gəlməyi, başını başqa tərəfə çevirməyi və ya dodağının ucu ilə ötəri bir reaksiya verməyi özlərinə "üstünlük" hesab edirlər.
Gəlin, həqiqətin üzünə dik baxaq: Salamı qəbul etməməklə qarşındakını alçaltmağa çalışmaq, əslində, öz daxili kiçikliyin etirafıdır.
Bir salamı havada qoymaq qarşındakını yox, səni əskildir. Çünki salam vermək nəzakətdirsə, o salamı layiqincə almaq ləyaqətdir. Ləyaqət isə hər kəsin daşıya biləcəyi bir yük deyil. Özünü yüksəkdə görüb, salam verən şəxsi "aşağı" sayanlar bilməlidirlər ki, həqiqi böyüklük ucaldıqca əyilməyi bacarmaqdır. Dağ nə qədər uca olsa da, yol onun üstündən keçər.
Salam Sənin Sərhədindir
Salam verməkdən qaçanlar sanki özlərini qorumalı olduqları bir qalada hiss edirlər. Elə zənn edirlər ki, hər kəsə salam versələr, o qalanın divarları uçacaq, nüfuzları sarsılacaq. Halbuki, ən böyük nüfuz insan qəlbinə gedən qapını açıq saxlamaqdır.
Bəşəriyyət texnologiyanın zirvəsinə çıxa bilər, amma bir-birinin üzünə baxıb səmimi bir "salam" verə bilmirsə, deməli, biz hələ mənəviyyatın ibtidai icma quruluşunda qalmışıq.
Əgər kimsə sizə salam verirsə, bu onun sizə ehtiyacı olduğu üçün deyil, onun tərbiyəsinin və insanlığının bir təzahürüdür. O salamı almamaqla siz onu alçaltmırsınız, sadəcə özünüzün mənəvi boşluğunuzu nümayiş etdirirsiniz.
Unutmayın ki, bu dünyadan köçəndə arxamızca deyiləcək ən gözəl söz "Yaxşı adam idi" ifadəsidir. Yaxşı adam olmağın ilk şərti isə salamı sevmək, insanı saymaqdır.
Odur ki, salamı əsirgəməyin. Çünki salam Allahın adıdır, onu yerdə qoymaq isə heç bir kəsə ucalıq gətirməyib.
Qədirli Aysu