8 Mart
Həyat bəzən bizə ən çətin dərsləri heç bir auditoriyada keçilməyən yollarla öyrədir. Məsələn, yorulanda, çətinliklərlə üzbəüz olanda, hətta salamın belə havada qalanda öyrənirsən ki, insanın əsl gücü xarici alqışlarda yox, daxili sükutunda gizlənib.
8 Mart mənim üçün ancaq təqvimlərin rəngli bir yarpağı deyil. Bu gün hər cür fırtınaya rəğmən öz daxili nizamını qorumağı bacaran, hər yıxıldığı yerdən daha möhkəm qalxan bütün qadınların zəfər günüdür.
Bəzən yol kənarında tərk edilmiş, paslanmış bir maşın görərsən. Çökmüş təkərlərinə, aşınmış rənginə baxıb "artıq bitib" deyərsən. Amma insan ruhu, xüsusən də bir qadının ruhu heç vaxt o maşın kimi deyil. Bizim daxilimizdə elə bir "bərpa" mexanizmi var ki, ən dərin çatları belə səbrlə, sevgi ilə və inadla yamaya bilirik.
Mən bu gün bütün qadınlara səslənirəm:
Siz yalnız zərif bir varlıq deyil, həm də bu həyatın mühərriki, hər şeyi hərəkətə gətirən enerjisiniz. Səsiniz batanda belə uğurlarınızla hayqırmağı bacarırsınız. Salamınız alınmayanda belə öz nəzakətinizdən və xanımlığınızdan zərrə qədər də pay vermədən, başınız dik yolunuza davam edirsiniz.
Gəlin, bu bahar solmayan bir ümidlə özümüzü yenidən inşa edək. Unutmayın ki, ən qiymətli xəzinələr hər zaman ən çətin yollardan keçənlərin daxilindədir.
Bayramınız mübarək!
Qədirli Aysu