8 Mart - Qadınların Mübarizəsindən Doğan Bayram
Bəzən bir tarix sadəcə təqvimdəki bir gün olmur. O gün illərin mübarizəsini, səbrini və dəyişiklik arzusunu özündə daşıyır. 8 mart da məhz belə günlərdən biridir. Bu tarix qadınların hüquqları uğrunda apardıqları mübarizənin simvolu kimi bütün dünyada qeyd olunur.
8 martın tarixi XIX əsrə gedib çıxır. 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində tekstil fabrikində çalışan qadın işçilər ağır əmək şəraitinə, uzun iş saatlarına və aşağı əmək haqqına etiraz edərək aksiyaya çıxmışdılar. Onların tələbi sadə idi: daha yaxşı iş şəraiti və bərabər hüquqlar.
Bu hadisədən sonra qadınların hüquqları uğrunda mübarizə daha geniş vüsət aldı. 1910-cu ildə Kopenhagen şəhərində keçirilən beynəlxalq qadın konfransında alman siyasətçi Klara Setkin hər il 8 martın qadınların həmrəyliyi günü kimi qeyd olunmasını təklif etdi. Bu təklif qəbul olundu və zaman keçdikcə dünyanın bir çox ölkələrində qeyd olunmağa başladı.
1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı 8 martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü kimi tanıdı. Bununla da bu gün qadın hüquqları və gender bərabərliyi ideyalarının təbliğ olunduğu beynəlxalq bir tarixə çevrildi.
Bu gün qadınların cəmiyyətdəki rolunu bir daha xatırladır. Tarix boyu qadınlar elm, mədəniyyət, siyasət, təhsil və bir çox digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş, cəmiyyətin inkişafında böyük rol oynamışlar.
Azərbaycanda da 8 mart xüsusi ehtiramla qeyd olunur. Bu gün analara, bacılara, müəllimlərə və bütün qadınlara diqqət göstərilir, onların əməyi və cəmiyyətdəki rolu yüksək qiymətləndirilir.
8 mart yalnız təbrik və hədiyyələr günü deyil. Bu tarix qadınların gücünü, iradəsini və bərabər hüquqlar uğrunda apardıqları mübarizəni xatırladan mühüm bir gündür.
8Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, onlara xoşbəxtlik, sevgi və həyatlarında daim uğurlar arzulayırıq.
Jurnalist Xumar Emilqızı