Sarı-Qırmızılı Tarix
Deyirlər: İnsanın bundan sonra nələr edə biləcəyinin tək ipucu bu günə qədər etdikləridir. Bu günə qədər 25 dəfə Türkiyə Super Liqasının Çempionu olub, 19 dəfə Türkiyə Kuboku və 16 dəfə Türkiyə Super-Kubokunu əldə etmiş və hər üç turnirin rekordçusu olan "Qalatasaray" klubunun bundan sonra nələr edəcəyi çox da sürpriz doğurmur.
İnsanlar bizi sevərkən xoşbəxt oluruq, bəs onların bizdən nifrət etdiyini biləndə necə? Əminəm ki, bir çoxlarımız bunu heç də xoş əhval-ruhiyyə ilə qarşılamırıq. Düşünürəm ki, peşəkar olanları qeyri-peşəkar olanlardan fərqləndirən əsas amil məhz budur: Sizdən nifrət edildiyini bildiyiniz halda əlinizdən gələnin ən yaxşısını etmək...
Son dönəmlər xüsusilə sosial mediada "Qalatasaray"a qarşı nifrət bəslənən videolar, paylaşımlar viral olmaqdadır. Buna təəccübləndimmi ? Xeyr, çünki sözügedən şey bu işin təbiətində var: bir işdə nə qədər uğurlu olsanız, sizi sevənlər qədər nifrət bəsləyənlər də olacaq. Hələ bir də uğurunuz 25 dəfə olmaqla Türkiyə Super Liqasının ən çox çempion olan, UEFA Kuboku və UEFA Super Kubokunu qazanan yeganə türk komandası ünvanıdırsa, bu nifrət ikiyə qatlanır.
İnsanlara, daha doğrusu sizin uğurlarınızı təsadüfü zənn edən, imkan tapdıqca hər cür yola baş vuraraq motivasiyanızı aşağı salmağa cəhd edən insanlara verə biləcəyiniz ən böyük cavab onların gözü qarşısında, hər şeyə rəğmən, bacarmaqdır.
Bunun ən bariz nümunəsini futbol dünyasına damğa vuran transferlərlə, daima komandanı dəstəkləyən azarkeşlər və qazanmaq arzusu ilə alışıb-yanan mentalla "Cim-Bom"da görürük. Klubun ləqəblərindən biri əbəs yerə "Aslanlar" deyil. Aslanlar hər zaman meydan oxumağı sevən, daima yaşadığı ərazinin mütləq sahibi olduğunu göstərməyə meyilli olan canlılardır. Necə ki, mübarizə apardığı turnirlərin fatehi olmaq istəyən və bunu bacaran "Qalatasaray" klubu kimi.
Son olaraq, bəlkə də "Qalatasaray" klubunun bu günə qədər bacardıqları insanlara bu həqiqəti çatdırır: onlar sizdən nifrət etdikcə siz daha çox qazanacaq, siz qazandıqca onlar daha çox nifrət edəcəklər.
Hazırladı: Aparıcı Murad Hümbətov