“Uzaq sahillərdə”

“Uzaq sahillərdə”


1958-ci ildə ərsəyə gələn “Uzaq sahillərdə” filminin rejissoru Tofiq Tağızadədir. Filmin çəkilmə məqsədi Sovet ittifaqı qəhrəmanını olan Mehdi Hüseynzadənin (Mixailonun) həyatından bəhs etmək idi. İkinci dünya müharibəsində baş verən hadisələri,xüsusən də faşistlər və partizanlar arasında olan fərqləri çox aydın şəkildə görə bilirik. Baxmayaraq ki,Nodar Şaşıoğlu ilk dəfə aktyor olaraq rol alır,amma çox gözəl iş ortaya qoyulur. Bir şeyi də qeyd etmək lazımdır ki,film təkcə müharibədən ibarət deyildi, eyni zamanda sosial-məişət məsələlərinə də yer verilmişdi. Faşistlərin insanlarla olan davranışı, müxtəlif insanların sevgi həyatı, dostluq və qardaşlığın önəmi kimi məsələləri yaxından izləyirik. Elə film də xəyanətin üstünün açılması ilə başlayır. Karranti adında bir kəşfiyyatçı agent partizanların arasına sızır və məlumatları faşistlərə ötürür. Mixailonu pula görə öldürməyə çalışır, lakin yaralı buraxıb qaçır. Karranti zənn edir ki,Mixailonu öldürə bilib, lakin ortaya çıxır ki, Mixailo yaşayır. Filmdəki bir neçə səhnədə qadınların da agent kimi istifadə olunduğunu görə bilirik. Anjelika da onlardan biri idi ki, o öz məfkürəsi yolunda canından da keçməyə hazır idi. Elə də oldu. Anjelikanı çox sevsə də nakam eşqini özü ilə aparan Veselin heç bir zaman ona sevdiyini deyə bilmədi. Mixailo isə Veselinin atasına dəstək olmağa özünə söz verir və onun yanına gedir. Qoca da onu gizlətməyə qərar verir. Sonda isə Mehdi xalqın qarşısındaca güllələnir. Nəticə etibarilə bu film məfkurə, əqidə yolunda hər şeydən keçməyə hazır olan partizanlara həsr olunmuş, lakin onların sosial problemlərini əsla unutmamışdır. Hə,soruşa bilərsən ki, niyə bu dəfə məqalənin adını fərqli qoymamısan? Filmin adı yetəri qədər poetik və mənalıdır. Ən az bir dəfə də olsa,güclü əqidə və mübarizənin nə demək olduğunu anlamaq üçün bu film izlənilməlidir.

Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti
Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti
Top