Bir kubok əskik və ya artıq fərq etməz!

Bir kubok əskik və ya artıq fərq etməz!


Bəzən ürəkləri qazanmaq, döyüşləri qazanmaqdan daha önəmlidir.

Kriştiano Ronaldo rəsmi olaraq dünya çempionatındakı son oyununa çıxdı.

7-ci ayın 7-ci günü futbol tarixinin ən böyük "7" nömrəsi Dünya Kuboku ilə vidalaşdı. O, sadəcə bir əfsanə deyil, qol sevinci, intizamı, əzmi və həyat tərzi ilə tam bir ideal idmançı obrazıdır.

"Mançester Yunayted"də ikonik qırmızı uzunqollu forma geyinən, qanadları olmadan uçan tək canlı da, "Real Madrid"də MSN hücum triosuna tək başına meydan oxuyan da, bir çox müdafiəçinin heç qarşılaşmaq istəmədiyi hücumçu da məhz bu adam idi.

Ameliya Erhart deyir ki, şansı tanımaq istəyənin cəsarətə ehtiyacı var. Ronaldo isə şansı öz cəsarəti və döyüşkən ruhu ilə qazanmağı insanlara öyrətdi. Hər gün təkrarlanan ağır məşqlər, intizamlı həyat tərzi və psixoloji basğılara güc gələn sarsılmaz mentalı ilə daha öncə rastanılmayan bir karyera, kubok və medal kolleksiyası və milyonların sevgisini inşa etdi.

Necə bitdiyi deyil, nələr yaşatdığı önəmlidir.

Əfsənəvi 7 nömrə futbolsevərlərə hər zaman xoş hisslər yaşatdı və belə də xatırlanacaq.


Son olaraq, futbolun bu ironiyasının futbolla yaxından-uzaqdan maraqlanan insanlarda hansı təsiri yaratdığını Orxan Zeynallının "40-cı Paralel" musiqisində yer alan bu parça ilə çatdırıram.
Xatirəsi ağ-qara şəkillər olan son nəsil bizik.
"Happy End"lə bitməyən hər bir son əzir bizi.

Yazdı: Aparıcı Murad Hümbətov
Top