"Zirvə"yə gedən yol, yoxsa manipulyasiya bataqlığı?
Sosial şəbəkələrdə qarşımıza çıxan "tələbəyə uyğun iş", "evdən onlayn qazanc" və ya "sıfır təcrübə ilə yüksək gəlir" kimi elanlar son dövrlər xüsusilə gənc xanımların diqqətini çəkir. Bəs bu elanların arxasında nə dayanır? Biz bu mühiti yaxından müşahidə etmiş və birbaşa təcrübə keçmiş bir şəxslə söhbət edərək, pərdəarxası prosesləri öyrənməyə çalışdıq.
"Zirvənin Sahibləri" – İllüziya və Reallıq
Müsahibimizin dediyinə görə, qrupların adı olduqca iddialı və ruhlandırıcı seçilir: məsələn, "Zirvənin Sahibləri". Lakin bu adın arxasında heç də biznes strategiyaları deyil, insanları psixoloji manipulyasiya ilə "ovsunlamaq" durur.
"İçəri daxil olanda sizə böyük uğurlar, gələcəyin milyonçuları kimi xitab edirlər, amma reallıqda sizdən tək bir şey tələb olunur: yeni insanlar cəlb etmək," – deyə müsahibimiz bildirir.
Əsas hədəf məhsulun keyfiyyəti deyil, şəbəkəyə yeni "qurbanların" qoşulması və onların üzərindən dövriyyə yaratmaqdır.
İnsanları necə tələyə salırlar?
Sistem üzvləri, xüsusilə də yeni gələnləri ətraflarındakı insanları, dostlarını və tanışlarını bu şəbəkəyə cəlb etməyə məcbur edirlər. Müsahibimiz vurğulayır ki, bu təkcə satış işi deyil, insanın çevrəsindəki etibarını istismar etməkdir.
"Səndən israrla tələb edirlər ki, WhatsApp qrupları yaradıb tanışlarını bura daxil edəsən və onları məhsul dövriyyəsinə məcbur edəsən," – deyə o qeyd edir.
İnsanları "zirvə" xəyalları ilə ovsunlayaraq, onların düzgün mühakimə yürütmə bacarıqlarını zəiflədirlər.
Ən ağrılı məqam isə bu mühitdəki insanların mənəvi dəyərlərinin deformasiyasıdır. Müsahibimizin fikrincə, burada qazanılan pulun heç bir ləyaqəti yoxdur, çünki o, başqalarını aldatmaq və istismar etmək üzərində qurulub.
"Mən gördüm ki, insanlar öz ləyaqətlərini və ətraflarının etibarını kiçik məbləğlər və yalançı vədlər qarşılığında qurban verirlər. Gerçək uğur isə təsadüfən gəlmir, o, zəhmət, təhsil və dürüstlük üzərində tikilir," – deyə müsahibimiz sözlərini tamamlayır.
Gənclərə Xəbərdarlıq
Bu araşdırmamızdan çıxan nəticə aydındır: Əgər bir iş sənə qısa müddətdə "zirvəyə" çatacağınızı vəd edirsə, amma sizdən ilk növbədə öz ətrafınızı istismar etməyi tələb edirsə, o işdən qaçın. Ləyaqətli həyatınızı heç bir "zirvə" vədi ilə dəyişməyin.
Qədirli Aysu