Dinləmək nə üçün önəmlidir?

Dinləmək nə üçün önəmlidir?


 

Bildiyimiz kimi yeniyetməlik dövrü 12-13 yaş qızlar, 13-14 yaş oğlanlarda başlayır. Bu keçid dövrü hər bir yeniyetmə üçün müəyyən bir hissələrdə çətinliklər yaranır. Hər kəsdə olduğu kimi onlarda an olaraq situasiyalarda fərqli cavab reaksiya verib müxtəlif cür qarşılayaraq təsir edir. Bəzilərində bir qədər duyğusal təsir etsədə uzun müddət təsir altında qalmırlar. Bu halı ekstravert və introvert xarakter tipinə sahib yeniyetmələrdə fərqləndirə bilərik. Ekstravertlər xaricə doğru yönəldikləri üçün baş verənlərlə bağlı təsirə az düşürlər, lakin, introvertlərdə bu əksinədi daha çox öz daxili dünyalarında yaşadıqları üçün hər bir detayı düşünərək, düşüncələrində götür qoy edərək təsirə çox məruz qalır. Bunu  xarakterlə bağlı müqayisə etsəkdə bütün yeniyetmələrin ortaq cəhəti ətraf mühit, yaxınları tərəfindən dinlənmək, anlaşılmaq istəyirlər. Bəs bu durumda nə etməliyik? İlk öncə xatırlamalıyıq ki , bizlərdə böyük olaraq yeniyetməlik dövrünü keçirtmişik. 

  • Bilməliyik ki ,vaxtında bizə təsir edən hadisələr, onlarada təsir edə bilər. 

  • Daha sonra ailə daxili övladlar arasında və ya digər tanış uşaqlarla müqayisə edilməməlidi. Çünki heç kim eyni deyil, xarici görünüşümüzün fərqlənməsi ilə. Düzdür sual yaranır ki, bəzi insanlarda bənzərlik olur və ya əkiz dünya ya gələnlər vardır. Amma bir -birlərinə çox bənzəyən əkizləri belə hər hansı bir fərqliliyinə görə fərqləndiririk. 

  • Onların yaşantılarını küçümsəməli deyilik. Dinləyərək problemlərinə həll yolu tapmalıyıq. Problemdən çıxış yolunu onu unutmaqla, vecsiz davranmaqla həll etməməlidir. Çünki böyüdükcə yaşantılarda artır. Artıq problemlər yığılaraq duyğusal partlamaya səbəb olur. Bir sözlə kiməsə sən niyə beləsən? Sualını deyil, səni nə belə edib, nə üçün beləsən? Sualını vermək lazımdır. 

Nəticə olaraq deyə bilərik ki, yalnız yeniyetməlik dövründə deyil ömür boyu kimlərisə dinləməyə anlamağa cəhd etməliyik. 

Burda bir şey yadıma düşdü sizinlədə bölüşmək istədim.

Deməli bir gün saat 01:00-dan sonra birisi psixoloqa zəng edir. Psixoloq oyanaraq zəngi açır, yuxulu olsada anlayır ki, pasiyentlərindən olmasada əlaqə nömrəsini kimdənsə tapıb. Psixoloq zəngi söndürədə bilərdi, çünki iş vaxtı deyildi. Lakin o, danışan şəxsi dinləməyi seçir. Burda ən maraqlı nüans odur ki, danışan saatlarla danışıqdan sonra belə dedi: «Bilirsiniz, mən sizə zəng etmədən öncə intihar edəcəkdim. Sizin məni bu saatda bu qədər məni dinləməyinizlə məni intihar etmək düşüncəsindən yayındırdı. Anladım ki, məni hələdə dinləyən biri var.»

Yəni dinləmək, anlamaq bu qədər önəmlidir.  

Müəllif: Aydan Məmmədova
Redaktor: Nərgiz Məmmədli

 

Top