“Belə çıxır ki, cəmiyyətin 99 faizi NARSİSTdir”?
Əziz insanlar, “yalnız psixoloqlar” deyə müraciət etmirəm, çünki bugün hər kəs insan sərrafı olub hətta bir sərt xüsusiyyət aşkarlayan kimi o dəqiqə “narsist” damğası vururlar. “Narsist” deyib sadaladığınız xüsusiyyətlər günümüzdə demək olar ki, hamıda var. Ən dəhşətlisi odur ki, filankəs narsistdir və ya narsist insanlar haqqında fikir söyləyən istər adi vətəndaş, istərsə mütəxəssis olsun, səhifəsinə göz gəzdirib görürsən ki, özündə ciddi problem var. Mən də hamı kimi “narsistdir” deməyim. Ya da elə öz silahları ilə özlərini vuraraq deyim ki, səhifələrinə baxanda narsistlik yağır yaşantı və göstərişlərindən.
Biri deyir, “narsistlər şərəfsizlərdi”, digəri deyir “narsisti analar yetişdirir” və sair. Əgər bir insan narsist olmağı özü seçməyibsə, onu narsist yetişdiribsə ailə o zaman niyə cəmiyyətdə bu qədər aşağılanır və təkliyə, tərk edilməyə məhkum edilirlər. Bilmirəm necə ifadə edim tam olaraq fikrimi, amma, daha bəsdir narsistlərdən videolar çəkib paylasdiniz, xarakterizə etdiniz, aşağıladınız. Fikirləriniz bir-birini təkzib edir. Psixoloq (elə hər birimiz) insana baxarkən onu xasiyyət, xarakter və tiplərinə görə analiz edər, əsla qınamaz, aşağılamaz. Onsuz da özünüz də bir sonuca vara bilmirsiniz. Mən müşahidəçi bir jurnalist kimi bölüşdüm fikirlərimi sizinlə. Kənardan gördüklərim bundan ibarətdir. Narsisizmi dəbə çevirib üzərindən oyun çıxarırsınız.
Narsisizm özünəvurğunluqdur ki, bu xüsusiyyətlər əslində çox adamda var. “selfi” və ya çox şəkil çəkdirmək də özünə aşiqlikdir.
Sadəcə bir neçə bu kimi yüksək dərəcəli özünə vurğunluq hansı ki, ətrafa zərər verəcək həddə gəlib çatır, o zaman bu tibdə narsistik şəxsiyyət pozuqluğu adlanır. Yəni, bəzi “mütəxəssislərin” dediyindən belə çıxır ki, cəmiyyətin 99 faizi narsistdir ki, bura özləri də daxildir sadəcə xəbərləri yoxdur.
Yazdı: Sevinc Rəcəbova Jurnalist