XƏYANƏT

XƏYANƏT


Xəyanət psixologiyası
  Əksəriyyətimiz xəyanət dedikdə fiziki (cinsi) xəyanəti nəzərdə tuturuq və bizim üçün ən ağırı fiziki xəyanətdir deyə düşünürük. Xəyanətin isə formaları var. Fiziki, psixi va sosial xəyanət. Fiziki xəyanət adından da göründüyü kimi cinsi xəyanətdir. Psixi xəyanət dedikdə isə daha geniş məna başa düşülür. Yəni yanın da biri, düşüncədə isə başqa birisi olur ki, bu da psixi xəyanəti tam mənasıyla açıqlayır. Sosial xəyanət isə ailədə bəzən kişi öz xanımına işləməyə icazə vermir. Sanki onu cəmiyyətdən uzaqlaşdırır.

Xəyanət. Bu söz nə qədər qorxulu və arzu olunmaz olsa da Yer kürəsinin 79 %-i onunla üzləşir. Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır. Xəyanətkar qadınlardan kişilərin 70% boşanır. Xəyanətkar kişiləri isə cəmi 30% qadın tərk edir. Psixoloqların qənaətinə görə qadınlar kişilərə nisbətən öz gizli əməllərini ört basdır edə bilirlər. Britaniyalı alimlərin açıqlamasına görə kişi hər nə qədər savadlı, dünyagörüşlü və maddi tərəfdən təminatlıdırsa bir o qədərdə çox sevgili axtarışına çıxır. Orta təhsilli kişi və qadınlar xəyanətə daha az meyl göstərirlər. Sonda xəyanətə sırf psixoanaliz istiqamətindən yanaşsaq. Psixoanalizdə qeyd olunur ki bir kişi xəyanət edirsə öz anasından intiqam alır, qadın xəyanət edirsə öz atasından intiqam alır. Psixoanalizin əsasını qoyan Z.Freydin Edip (oğulun öz anasına olan sevgisi) və Elektro (qızın atasına olan sevgisi) kompleksinə görə qadın xəyanət edirsə, onun əsasında atası qızını yox onun anasını seçdiyinə görə gələcəkdə ondan qisas almaq istəyi durur (təbii ki şüuraltı olaraq). Kişi xəyanət edirsə anası onu yox atasını seçdiyinə görə gələcəkdə ondan intiqam almaq istəyi onun şüuraltısında olur. Bəs xəyanət nədir, bir çoxları ondan niyə əl çəkə bilmir? Xəyanətə sürükləyən səbəb nədir? Bu barədə çox oxudum, amma ən təsirli sözü bu sözlərdə tapdım: "Bilir dünya, bilir tarix, bilir zaman, həsəd olmuş ilk anası xəyanətin!" (S.Vurğun). Bəli, məhz mənəviyyatı zəif insanlar edirlər xəyanəti. "Xəyanət və fırıldaq namusla yaşamağa ağlı çatmayan axmaqları əməlidir" (B.Franklin). Sezar tarixi bir sözündə deyirdi: "Mən satqınlara, xəyanətkarlara nifrət edir, eyni zamanda onlardan faydalanıram". Bəli, xəyanətkarlardan sadəcə faydalanırlar, sayğı duymurlar onlara. Bəzən isə insanlar xəyanətə cavabın yanlış yolunu seçirlər: Xəyanətə xəyanətlə cavab vermək! 
Yazdı:
Aydan Məmmədova 
Bakı Qızlar Universiteti Psixologiya III kurs

 

y
Top