Eşq duyğusu

Eşq duyğusu


   Məlumdur ki, eşq şairləri, yazarları duman edən, yeri gələndə yuva quran yeri gələndə yuva yıxan bir qavramdır. Bəs eşq adlanan bu illət beynimizə nələr edir? Niyə aşiq olan zaman yerə-göyə sığmırıq. Hər şeydən əvvəl eşq duyğusu vizual bir bəyəni və fiziksel çəkiciliklə başlayır. Beyində ən sürətli dəyərlənən şey çəkicilikdir. Amma çirkinlər üzülməsin bu vəziyyət qarşındakı insanla söhbət etdikcə, tanıdıqca dəyişir. Fiziksəl gözəllik kriteriyası öz yerini zəkaya, intellektual səviyəyə buraxır. Eləcədə əks qütblər bir-birini çəkər sözü tamamilə yalandır. İnsanın özünə bənzəyən birinə aşiq olması daha olası birşeydir. Birini çəkici görmənin səbəblərindən biri o insanı sıx-sıx göməklə əlaqədardır. Çox sıx gördüyünüz biri sizə yəqin ki daha çəkici gəlir.

Aşiq olduqumuzda beyində nələr olur? Bunu ilk araşdıran Səmir Zəki adında bir sinirbilimcidir. Adam tutqulu eşq yaşayan universitet tələbələrinə aşiq olduğu insanları şəkillərini göstərir. Bu esnada beyinlərindəki aktivliyi görüntüləyir. Aşiq olduğunuz zaman beyniniz yaxşı bir şey etmişsinizmiş kimi sizi mükafatlandırır. Qarşılaşdırmanız üçün desək beyindəki bu hissələr kokain istifadəsi zamanı da aktiv olur. Yəni eşq bir bağımlılıq halıdır. Aşiq olan zaman beyinin ön (frontal) hissəsinin güclü bir şəkildə işlədirsiniz. Aşiqin məşuqunu davamlı düşünməsinin, içi-içinə sığmamaq halıda burdan qaynaqlanır. Aşiq olmaq dopamini artırır bu da bizi mükafatlandırır. Mükafatlandırlan zaman meylini ancaq o insana salırsan eyni bir maddə bağımlısı kimi. Tərk edilən zaman isə bu iş tərsinə dönər eyni yoxsulluq çəkən maddə bağımlısı kimi. Bu qədər qüvvətli olmasına baxmayaraq tutqulu eşqin ömrü uzun çəkmir. Araşdırmalara görə tutqulu eşqin maksimum ömrü üç ildir.

Hər kəs eşq sözünü eşidəndə bir ahhh çəkər. Kimimiz geçmişdə yaşadığı acı yaşanmışlıqları, kimimiz indi ki zamanda yaşadığı ilişgi problemlərini, kimimiz xəyal edib də bir türlü yaşayamadığı o möhtəşəm duyğunu düşünər durarıq. Eşqi yaşamaq hər zaman çətin olaraq tərif edilmiş, hətta eşqin sadəcə acı verdiyinə dair bir çox söz eşitmişsinizdir böyüklərimiz daha bizlər balaca ikən beyinlərimizi bu düşüncələrlə doldurmuşdur. Hələ birdə valideyinlərimiz arasında yaşanan problemlər varsa, sevgiyə, eşqə dair bir çox negativ düşüncə ve inanc yaranır beynimizdə. Bizə eşqin gül qoxduqunu söyləyərlərdi ancaq xlor kimi qoxurmuş, xəstəxana ya da qorxu kimi daha doğrusu çarəsizlik kimi.
Yazdı:
Aydan Məmmədova 
Bakı Qızlar Universiteti Psixologiya IV kurs

Top