
Azyaşlı uşaqların inkişafında art terapiyanın fərdi səkildə tətbiqi metodikası
Azyaşlı uşaqların inkişafında art terapiyanın fərsi səkildə tətbiqi metodikası
Insanın şəxsi həyatının, iş fəaliyyətinin, cəmiyyətdəki münasibətlərinin və s yaxşıladırılması üçün aldığı terapiya növləri çoxdur. Bu terapiya növlərindən biridə Art terapiyadır Art terapiyanın əsas məqsədi ifadə edə bilmədiyimiz düşüncələrin, hisslərin, qorxuların, fobiyaların, tramvaların aşkara çıxarılmasıdır Art terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növlərilə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini ortaya çıxarır
Terapiya zamanı çox zaman insanların problemləri birbaşa müzakirə obyektinə çevrilir, hansı ki belə hallarda fərd (xüsusən yeniyetmə və uşaqlar) sıxılır, danışmaqdan imtina edir, psixoloqu yanıltmağa çalışır və dolayısıyla da problemi müzakirə etməkdən, daxili dünyasını açmaqdan qaçmağa çalışır Amma art terapiyada problemə birbaşa deyil, dolayı yolla toxunulur Fərd probleminin istədiyi qədərini ortaya qoyur Paylaşmaq istəmədiyini özünə saxlayır Onun daxili dünyasına təsviri sənət vasitəsilə daha yumşaq, daha estetik yanaşılır
Uşaqlarla art-terapiya edərkən bəzi məcburi prinsiplərə riayət etmək lazımdır.
•Hətta ən utancaq və qapalı uşaqların özlərini rahat hiss etdiyi mehriban, müsbət mühit yaradın.
• Təlimləri, texnikaları və materialları seçərkən uşaqların yaş xüsusiyyətlərini və maraqlarını nəzərə alın.
• Uşaqların yaradıcılığının nəticələrinin mənfi qiymətləndirilməsinə yol verməyin. Bir uşaq mənalı bir rəsm əvəzinə xaotik xətləri olan vǝrǝqi kəsdisə, bu xaos körpənin ruhundadır və psixoloq kiçik pasienti bununla məşğul olmağa kömək etməlidir
•Yaradıcılığı hər hansı təzahürünü təşviq edin və tərifləyin, art-terapiya seansında hər bir iştirakçını dəstəkləməyə çalışın və hər hansı bir sənətkarlıqda və ya rəsmdə vacib, mənalı, fərdi bir şey tapın.
• Dərsləri elə təşkil edin ki, uşaqlarda başqalarının işinə müsbət, mehriban və hörmətli münasibət formalaşsın.
Yazdı:
Aydan Məmmədova
Bakı Qızlar Universiteti Psixologiya III kurs