Motivasiya və onun növləri

Motivasiya və onun növləri


Motivasiya- ən sade mənası ile "bir şeyleri etme arzusudur". Motivasiya herekete başlamaq üçün bir qüvvədir. Neyisə etmek üçün motivasiyaya ehtiyacımız yaranır. Motivasiyanın insan həyatında rolu ondan ibarətdir ki, bir işi qurma planında o ən yaxşı dəstəkçidir. Elə motivasiya sözünün kökü olan "motiv" sözünün mənası da "təkan" deməkdir. Məqsədli insanlar məqsədlərinə çatmaq üçün motivasiyalı olmalıdır. Demək olar ki motivasiya həyatımızın önemli hissəsinde yer alır. Sizə uyğun çoxsaylı motivasiya üslubları ola bilər. Bir neçə üslubla vərdişləri gücləndirmək üçün bir neçə motivasiya mənbəyinden istifadə edə bilərsiz.

Bəs hansı motivasiya üslubları mövcuddur?

Daxili və Xarici motivasiya.

Xarici motivasiya- Ətrafınızdakı şeylərin sizin motivasiya etmesidir. Nümunələrə youtube vidoları, motivasiya edən natiqlər və sizə ilham verən məqalələrdir.

Daxili motivasiya- xarici motivasiyanın əksidir. Daxili motivasiya daha üstün motivasiya olduğuna inanılır. Daxili motivasiyanın ən yaxşı nümunələrindən biri məqsədlərinizə çatma səbəblərinizdir.

Sizi nəyin motivasiya etdiyini aşkarladıqdan sonra öz həyatınıza daha çox nəzarət edə bilərsiniz. Özünüzü daha yaxşı dəyişdirə və bu dəyişikliklə inkişaf edə biləcəksiz.                       

                                                                                              Müəllif:ROZA ƏLİYEVA
Top