ŞƏXSİ İNKİŞAF MÖVZUSU HAQQINDA
Uğurlu olmaq hər birimizin arzusudur. Uğura çatmaq üçün nələr etməliyik? Uğura çatmağın əsasında səbrli və davamlı olmaq dayanır. Buna görə də şəxsi inkişafımıza, gündəlik vərdişlərimizə və ən əsası düşüncələrimizi idarə etməkdə ustalaşmalıyıq. Addım-addım bizi uğura aparacaq mərhələləri nəzərdən keçirək:
1. Günə bacardığınız qədər erkən başlayın. Günə erkən başlamaq vaxtınızı səmərəli şəkildə bölməyinizə kömək edəcək, bununla yanaşı tezdən olan səssizlik gördüyünüz işə fokuslanmağınızı artıracaq.
2. Yoqa və ya meditasiya etməyiniz ruhunuzu sakitləşdirəcək, günə daha enerjili və aktiv başlanmağınıza səbəb olacaq.
3. Gün ərzində 1 və ya 2 saatlıq yürüyüş edin. Yürüyüş etmək və bu zamanı daha səmərəli istifadə etmək istəyirsinizsə, uğurlu insanların podkastlarını dinləyin və ya sevdiyiniz mahnını dinləyə bilərsiniz. Şən və əyləncəli mahnılar dinləmək sizə ektra enerji verir, hisslərinizi dəyişə bilir! Nə qədər hərəkətli olsanız, bir o qədər produktivliyiniz artacaqdır.
4. Sizi motivasiya edən biriylə görüşün. Sevdiyiniz biriylə söhbət etmək bizə böyük güc verir və insan hər zaman onu dəstəkləyən birini gördükdə daha çox motivasiya olur. Üzünüzdən təbəssümü əksik etməyin, şikayətləri deyil , şükür və sevincinizi çoxaldın.
5. Xəyal qurmaq - Yuxuya getməmişdən öncə gözünüzdə olmaq istədiyiniz anı canlandırın və onu olmuş kimi , o anı yaşayırmış kimi hiss edin. Xəyallarınızı dəstəkləyəcək film və videolar izləyin.
6. Sağlam qidalanmağa diqqət edin. Bir çox xarici mənbədə gündə 2 dəfə qidalanmağın və 5-dən sonra yemək yeməməyinin önəmindən danışılır. Sağlam qidalanmamaq bədənimizə mənfi təsir göstərir və əksər hallarda çox halsız,yorğun hiss edirik.
7. Gündə ən azı iki saat şəxsi inkişafınızla məşğul olmağa çalışın. Kitablar oxuyun, filmlər izləyin , özünüzə zaman ayırın, düşüncələrinizi nəzərdən keçirin, qeyd dəftəri tutun, düşüncələrinizi, hisslərinizi həmin dəftərə yazın. Ən əsası uğurlu insanların həyatını izləyib, analiz edin. Onlar kimi düşünün və hərəkətə keçin. Bəhanələrə yox deyək , oxumağa və inkişafa bugündən başlayaq!
8. Son olaraq daima pozitiv və şən olmağa çalışın, neqativ insanlardan və düşüncələrdən uzaq durun. Nə qədər bir işi pozitiv və əyləncəli şəkildə görsəniz, sizə qısa zamanda çox gözəl geri dönüşləri olacaq.
İnanaraq, hiss edərək gördüyünüz hər bir işin nəticəsi sözsüz ki, mükəmməl olacaqdır!
SƏBİNƏ MƏMMƏDOVA