XOŞBƏXTLİK NƏDİR?
Xoşbəxtlik nədir?
Yazıya bu qədər ümidsiz başlamaq istəməzdim, amma xoşbəxtlik deyə bir şey yoxdur. Hər insan
hər halda öz xoşbəxtliklərini müxtəlif şeylərdə görür. Bu şübhəsiz ki, bir uşağın təbəssümündə,
iki cüt gözdə və ya söylənən sözlərdə ola bilər. Bəxt üzüyü filmindəki Moşu obrazının
xoşbəxtliyin qafiyəsini tapmağa çalışması, amma heç cür tapa bilməməsini xatırladır mənə bu. O
halda ağıla belə bir fikir gəlir. “Xoşbəxtlik axtardıqca bizdən qaçır, ya da ümumən bəziləri də
düşünür ki, xoşbəxtlik sizi durduğunuz yerdən tapmayacaq, siz də nələrsə etməlisiniz.” Niyə
nələrdənsə keçməliyik bunun üçün? Niyə oturduğumuz yerdən də bu hissi dada bilmirik? Ve ya
niyə bəzi insanların qaçaraq çata bilmədiyi şeylərə bəziləri isə addım belə atmadan çatır. O
zaman demək ki, xoşbəxtlik heç də hamı üçün eyni hissləri ifadə etmir. Bizi xoşbəxt edən şeylər
başqalarının bədbəxtliyi ola bilər və ya tam tərsi.
Bəs necə ‘’Xoşbəxt’’ hiss edək?
Bu hissi dadmaq üçün öncə deyərdim ki, xoşbəxt olmağı istəyən hərkəs mütləq ki özünə
müəyyən səbəblər tapacaq. Bəzi insanlar kiçik şeylərlə belə xoşbəxt olarkən bəzilərinə
dünyaları önünə sərsən yenə də narazı olacaq. Niyə? Çünki bu insan özünü sevmir, bu insan
özünü sevməsə xoşbəxtliyi necə sevə bilər? Siz heç özünü sevməyən ancaq çox xoşbəxt olan
birini görə bilərsiniz? Əlbəttə xeyr. Hər şeydə olduğu kimi bu mövzuda da ilk addım özünü
dəyərdən özünü kəşfdən başlayır, amma bu o demək deyil ki özünü sevən hərkəs xoşbəxt
insandır. Xoşbəxtlik yalnız öz içimizdə deyil, həmçinin ətrafımızda da gizlidir. Yəni, siz yalnız
özünüzü sevərək xoşbəxt ola bilməzsiniz. Siz sevməli, sevinməli və sevilməlisiz. Məhz bəhs
etdiyim də bu idi. Hisslər..Onları doya-doya yaşamaq, hətta ən bərbad hissləri belə haqqını verə
verə, bir sözlə desək dibinə kimi yaşamaq lazımdır, Çünki yaşayırıq yaradırıq və yanırıq. Bizim də
xoşbəxtliyimiz yanmağımızdadır.
Kimdir xoşbəxt insan?
Xoşbəxt insan hiss edən insandır, əlindəkilərinin dəyərini bilən insandır. Fikrimcə, mükəmməli
yox, yaxşını əldə etmək üçün çabalamalıyıq, çünki mükəmməliyyətçilik insana təşvişdən başqa
heç nə vermir. Unutmamaq lazımdır ki, hər şeyin çoxu hüzuru, xoşbəxtliyi qaçıracaq. Elə bir
versiyamızı yaratmalıyıq ki, necə oluruqsa olaq hər halımızla xoşbəxt olmağı bacaraq. Özümüzlə
barışaq, özümüzə qalib gələk. Tutunacaq, daha doğrusu ondan yapışacaq bir idealı və ya hədəfi
olan insanlar da bir baxımdan bu sualın cavabı ola bilir. Çingiz Aytmatovun “Cəmilə” əsərində
hadisələr elə cərəyan edir ki, baş obraz – Cəmilə öz eşqi, xoşbəxtliyi uğrunda heç nəyi, heçkəsi
fikirləşmədən evli olduğu halda kəndlərindəki Danyar adlı oğlanla qaçır. Deməli, Cəmilə xoşbəxt
insandır? Bu suala tam cavab vermək mümkün olmasa da, deyə bilərik ki, Cəmilə bu cəsarətli
addımı öz xoşbəxtliyi üçün atdı. Onun bir məqsədi xəyalı var idi, o da Danyara qovuşmaq idi. İndi
fikirləşin ki, həyatdan heç bir gözləntiniz, məqsədiniz yoxdur. Düşünməsi belə insanı qorxudur.
Hərkəsin və hərşeyin bir səbəbi olmalıdır. Əslində, sırf elə bunun özü də bəs edir.. Özünüzdən
sevdiklərinizdən hisslərinizdən və səbəblərinizdən möhkəm yapışın.
Sura Əliyeva