ŞOPPİNQ EHTİRASI: CƏMİYYƏTİN YENİ MƏDƏNİYYƏTİ, YOXSA MARKETİNQ TƏLƏSİ?
Hər zaman insanların həyatında ehtiyaclar və arzular arasında bir balans olub. Lakin son illərdə bu balans getdikcə dəyişir və “şoppinq ehtirası” adlı bir fenomen ortaya çıxır. Düşünürəm bu, insanlar arasında alış-verişin yalnız bir ehtiyac deyil, həm də bir hobbiyə, hətta emosional doyum vasitəsinə çevrildiyini göstərir.
Dünən bir ticarət mərkəzində bu fenomenin canlı şahidi oldum. İnsanlar əllərində çantalardan yüklənmiş halda, mağazaları dolaşaraq brendlərin məhsullarını əldə etməyə çalışırdılar. Bəzi mağazalar isə bunu dəyərləndirərək köhnə, zövqsüz geyimləri “brend” adı ilə yüksək qiymətə satırdı. Əsas sual budur: insanlar bu geyimləri həqiqətən bəyəndikləri üçün alırdılar, yoxsa marketinqin yaratdığı illüziyanın qurbanı olurdular?
Marketinq və reklam sənayesi uzun illərdir ki, insanların istək və ehtiyaclarını manipulyasiya etməkdə ustadır. Bir məhsulun brend olması, onun dəyərini artıran əsas amilə çevrilir. Halbuki həmin məhsulun keyfiyyəti və ya funksionallığı bir çox hallarda ikinci planda qalır. İnsanlar bu vəziyyətdə təkcə pulu deyil, həm də özlərini itirir. Çünki “brend geyinmək” yalnız sosial status göstərmək deyil, eyni zamanda bir dəyər ölçüsü kimi təqdim olunur.
Şoppinq ehtirası yalnız fərdi deyil, eyni zamanda cəmiyyət səviyyəsində də təsir göstərir. İnsanlar özlərini daha xoşbəxt hiss etmək üçün alış-verişə həddindən artıq çox zaman və pul sərf edir. Lakin bu, uzunmüddətli məmnunluq gətirmir. Nəticədə borclanma, maddi çətinliklər və emosional narahatlıqlar artar. Bundan əlavə, bu yanaşma ekoloji problemlərə də yol açır, çünki istehlak mədəniyyəti həddindən artıq tullantı yaradır.
İnsanların şoppinqdən həqiqətən məmnunluq alması üçün daha şüurlu yanaşmalar tətbiq olunmalıdır. Bunun üçün:
•Ehtiyacları prioritetləşdirmək: Həqiqətən nəyə ehtiyac olduğunu müəyyənləşdirmək.
•Brend illüziyasını aşmaq: Məhsulun keyfiyyətinə və funksionallığına diqqət etmək.
•Minimalizm fəlsəfəsini öyrənmək: Daha az almaqla daha çox dəyər yaratmaq mümkündür.
•Davamlı istehlak: Ekoloji təsiri azaltmaq üçün təkrar emal olunan məhsullara üstünlük vermək.
Şoppinq ehtirası cəmiyyətimizin sürətli istehlak mədəniyyətini əks etdirən bir simptomdur. Hər birimiz bu halın nə qədər təsirinə məruz qaldığımızı düşünməli və daha şüurlu seçimlər etməliyik. Alış-veriş həyatı zənginləşdirən bir vasitədir, lakin məqsəd deyil. Unutmayın ki, xoşbəxtlik brendlərdə deyil, şəxsi seçimlərinizdə və dəyərlərinizdə gizlidir. Əşyalarla deyil, şəxsi keyfiyyətlərlə dəyərinizi bir insan kimi ucaldın. Düşünürəm c cəmiyyətdə dəyər qazanmaq üçün xarici göstəricilərə deyil, daxili zənginliyə yönəlmək lazımdır.