SOSİAL ŞƏBƏKƏLƏRİN QARŞISIALINMAZ GÜCÜ NƏDİR? DƏYƏRLƏRİMİZ HARA GEDİR?

SOSİAL ŞƏBƏKƏLƏRİN QARŞISIALINMAZ GÜCÜ NƏDİR? DƏYƏRLƏRİMİZ HARA GEDİR?


Dövrümüzün ən parlaq reallıqlarından biri, sosial şəbəkələrin həyatımızda oynadığı önəmli roldur.  Bir vaxtlar gələcək həyatımızı asanlaşdıran, öyrənmə prosesini sürətləndirən faydalı bir vasitə kimi görünən sosial media, hazırda əxlaqi dəyərlərə zidd davranışları təşviq edən və mənəvi dəyərləri təhlükəyə atan bir platformaya çevrilib. Xüsusilə son illərdə "TikTok" kimi platformalar  bu təsiri daha da gücləndirib. Aydın məsələdir ki, sosial şəbəkələr "məşhurlaşmaq" üçün ən asan üsula çevrilib. Diqqət çəkmək, izlənilmək üçün çoxları əsas dəyərləri sözün əsl mənasında kənara atır. Bu elə mənəviyyatı pula dəyişmək kimidir. Paylaşılan videolar daha çox qeyri-etik davranışlar, söyüş, təhqir, hətta zorakılıq təbliği ilə bağlı olur. Təbii ki, fenomen olmaq üçün bilik, savad, yaxud yaradıcı yanaşma tələb olunmur. Məhz cəmiyyətin şüurunu korlayan şəxslərin də nu yöndə "məşhurlaşması" olduqca asandır : sadəcə "qalmaqallı” bir məzmun yaratmaq kifayətdir.
Bütünlüklə burdan bir daha bəlli olur ki,  bu platformalarda məşhur olanların çoxu cəmiyyəti yanlış istiqamətləndirir. Xüsusilə də  sosial medianın ən həssas istifadəçi qrupu olan gəncləri. Onlar sosial mediada hər hansı bloger yaxud tiktokeri özünə rol model götürür. Ancaq düşünmürəm ki, gəncləri təsir dairəsinə toplayan dırnaqarası blogerlərin, fenomenlərin paylaşımları örnək ola biləcək tərzdə olsun. Fikrimi daha açıq şəkildə açıqlamaq istəyirəm.  Əvvəla, onu qeyd edim ki, mən sosial mediada örnək götürə biləcəyimiz fenomen bloger heç yoxdur, demirəm.  Xüsusilə son illərdə TikTok-dan gələn qeyri-etik "ənənələri" davam etdirən şəxslər yanlış örnəkdir fikrini ortaya qoymağa çalışıram.
"Bu şəxsləri kim məşhur edir?"
Başlığın cavabı elə yenə də cəmiyyətdir, elə özümüzük. Bəs bu qədər mənfi qarşılama varsa necə olur ki, həmin şəxslər məşhurlaşır, tanınır? Mən bunu belə izah edərdim:
İnsanlar tez-tez mənfi fikir bildirmək üçün  belə kontentləri izləyir, şərh yazır və hətta bəzən paylaşır. Sosial medianın alqoritmi bunu müsbət qarşılayır: daha çox şərh, baxış və paylaşım – videonun "populyar" olduğunu göstərir.
Cəmiyyət içərisində əksər insanlar hansısa kontenti "mən də baxım, söhbət nədən gedir?" marağı ilə izləyir. Bir dəfə baxdıqdan sonra həmin kontent daha çox insana tövsiyə olunur və trend halına gəlir. Eyni zamanda Tik Tok da canlı yayımlar zamanı göndərilən hədiyyələr də tiktokerlərin gəlir əldə etməsinə və daha aktiv olmalarına səbəb olur. Bir sözlə insanlar bunun fərqində olmadan həmin şəxslərin tanınmasına şərait  yaradırlar.
"Bütün bunların qarşısını necə alaq?" Sualının isə cavabı mənə görə belədir:
Yuxarıda da qeyd etdiyim kimi rol model məsələsi olduqca önəmlidir. Elə ona görə də doğru rol modelləri tanıtmaq, ictimaiyyət qarşısında uğurlu şəxsləri nümayiş etdirmək mütləqdir.
Top