BİPOLYAR POZUNTU
Bipolyar pozuntu
Biz həyatda olduğumuz müddət ərzində eniş-çıxışlar yaşayırıq. Bu hal insan təbiəti ilə bağlı olduğundan çox normaldır. Biz bəzən özümüzü ən dibdə, qəm-kədər içində və ya çox sevincli, coşqulu və s. hiss edə bilirik. “Bipolyar pozuntu” adlandırdığımız problemdə isə şəxs belə halları (depressiv, manyakal) ən kəskin şəkildə yaşayır; bu da həmin şəxsin ailə üzvlərinə, sosial yaşantısına mənfi təsir göstərir.
Bipolyar pozuntuya hər yaşda görülsə də, daha çox 20-li yaşlarda olan şəxslərdə rast gəlinir. Uşaqlar bu pozuntuyla adətən 6 yaşlarında qarşılaşır. Az yaşlıların davranışları maniakal haldakı şəxsin davranışlarına bənzədiyi üçün bunu normal hal və ya pozuntu olduğunu müəyyən etmək çətindir.Bu pozuntunu genetik olaraq da ötürülə bilməsi mümkündür. Qohumların heç birisində bu problem görülməyibsə, pozuntunun olma riski 1-2% təşkil edir. Yaxın qohumlarda bipolyar pozuntusu olan şəxs varsa, pozuntunun digərlərində yaranma riski 7-8%dir.Bipolyar pozuntu adından da göründüyü kimi (bipolyar-iki qütbü olan) müxtəlif dövrlərdə 2 formada özünü büruzə verir: 1)Manyakal; 2)Depressiv. Bu dövrlərin hər birisi müəyyən zaman alır.Pozuntunun manyakal dövründə olan şəxs daha az (1 və ya 2 saat) yatmağa başlayır. Bununla belə şəxs özünü rahat, dinc hiss edir. Yüksək səslə, sürətlə danışması; bir mövzu üzərində diqqətini cəlb edə bilməmə, fasiləsiz mövzudan-mövzuya keçməsi müşahidə olunur. Şəxs özünü fiziki cəhətdən hər şeyə gücü yetəcəkmiş kimi hiss edir. Bundan başqa şəxs manyakal dövrdə daha sosiallaşmış olur, fərqli tədbirlərə qatılırlar. Sonunu hesablamadan, yaşamlarından zövq almaq məqsədilə müxtəlif davranışlar sərgiləyə bilirlər.Pozuntunun “Depressiv” dövründə isə kədər, dəyərsizlik hissi, ağlama, səbəbsiz enerji itirilməsi, günahkarlıq hissi, diqqət əksikliyi, və s. kimi hallarla özünü büruzə verir. Bu dövrdə olan şəxslərdə adətən intihar düşüncələri olur. Şəxsin buna cəhd etməməsi üçün xüsusi nəzarət edilməsinə ehtiyac vardır.Ana-ataların diqqət etməsi lazım olan məsələlər:
• Bipolyar pozuntu ilə baş etmənin ilk yolu valideynlərin düzgün məlumata sahib olmalarıdır. Qaranlıq qalan məsələlərə aydınlıq gətirmək üçün yaxşı olardı ki, övladınızın həkimi və psixoloqu ilə əlaqə yaradasınız.
• Manyakal dövründə övladınız özünə yaxın hesab etdiyi şəxslə incidici davranışlar sərgiləyə bilər. Bu davranışın onun problemi ilə bağlı olduğunu xatırlayıb, daha diqqətli olmanız gərəkdlidir.
• Övladınızın intihar düşüncələri olmuş ola bilər, bununla bağlı tədbirlər görmək, ona daimi nəzarət etmənizdə fayda var.
• Bu dövrdə övladınızın dərman müalicəsi alması qaçınılmazdır. Bəzən dərmanların bilərəkdən atılmaması müşahidə olunur. Bu halların qarşısını almaq üçün diqqətli olmanız gərəklidir.
• Pozuntu olduğu müddətdə önəmli qərarların alınması üçün düzgün zaman deyil. Bunu övladınızın özünü daha yaxşı, hazır hiss etdiyi zaman saxlamaq daha doğru olardı.
• Övladınız hər sevincli olduğunda, ya da kədərləndiyində panika yaradaraq, onu da narahat etmiş olarsınız.
• Bu dövrdə çox qoruyucu davranmaq övladınızda heç bir işə yaramadığı hissini yarada bilər. Yaxşı olardı ki, onun öhdəsindən gələ biləcəyi işləri özünə həvalə edəsiniz.
• Övladınıza dəstək olmaq bəzi zamanlarda sizi yora bilər. Ailə çalışıb bərabər olmalı, bir-birinə dəstək olmalıdır. Lazım gəldikdə professional yardım almalıdırlar…
AYDAN MƏMMƏDOVA