Cəlal Bərgüşad: Kim bilir, bəlkə də gələcəkdə bu balaca cəsarətli, qorxmaz xilaskarım Cavanşir mənim ən qüdrətli qanadım olacaq.

Cəlal Bərgüşad: Kim bilir, bəlkə də gələcəkdə bu balaca cəsarətli, qorxmaz xilaskarım Cavanşir mənim ən qüdrətli qanadım olacaq.


Bəzən bir qutu, bir dəftər və ya bir vərəq illərlə gizlənmiş bir dünyanı önümüzə açır.
Sayad Cavadzadə (Cəlal Bərgüşadın həyat yoldaşı) ‎mərhum həyat yoldaşı yazıçı Cəlal Bərgüşadın 100 illik yubileyinə hazırlaşarkən, Cəlal bəyin "Cavanşir" romanını yazdığı zaman topladığı faktların arasında əlyazma şəklində yazılmış kiçik bir hekayəyə rast gəldi. Vərəqin başında sadə, amma sevgi dolu bir ad vardı:
“Balaca Cavanşirin Qoçaqlığı”
                     15.07.1989
Bu ad Sayad xanım üçün yad deyildi — Cavanşir onların oğluydu. Anası üçün bir övlad, Cəlal bəy üçün isə ilham mənbəyi olmuşdu. Görünür, yazıçı bu hekayəni illər əvvəl yazmış, lakin heç vaxt nəşr etməmişdi. Bəlkə də bu hekayə təkcə bir ədəbi mətn deyil, eyni zamanda bir atanın oğluna olan qürurunun və sevgisinin yazıya köçürülmüş forması idi.

İndi bu tapıntı, illər sonra oxucularla görüşür və Cəlal Bərgüşadın qəlbindən süzülən duyğuları bölüşmək üçün öz yolunu tapır.

BALACA CAVANŞİRİN QOÇAQLIĞI”

‎1989-cu ilin iyul ayının on beşində bağa getmişdik. Göydən od yağırdı. Gün əyiləndə kiçik oğlum Cavanşiridə götürüb dənizə apardım. Dəniz o qədər də dalğalı deyildi. Cananşiri dənizdə çimizdirdim və sonra onu sahildəki balaca bir kötüyün üstündə oturtdum:

‎Cavanşir, gözünü yeyim burdan tərpənmə ha! Qoy məndə çimim sonra gedək evə. Eşitdin nə dedim?!

‎O başı ilə işarə etdiki, tərpənmiyəcəm. Çünki təzə dil açırdi. Dördcə dil bilirdi. Ata, ana, nənə,dayı. Ancaq çox ayıq uşaq idi. Hərşeyi başa düşürdü. Dünyada təzə dil açan körpədən başqa varlıq tanımıram. Dəsmalı onun çiyninə atdim:

‎Mən dənizə baş vurdum. Özümü sınayım ki, görüm suyun altında nə qədər qala bilərəm. Tənginəfəs olanda suyun üstünə qalxdım. Birdə gördüm ki, Cavanşir dalğalarla əlbəyaxadadır. O qollarını açıb mənə sarı cümür:

‎"Atam batıb, onu xilas etməliyəm!" körpədə cəsarətə bir bax!
Mən "Aman Allah" deyib özümü Cavanşirin üstünə atdım! Bir göz qırpımında onu ölümün əlindən aldım!.. Çünki qorxulu bir yuxu gördüm. Körpənin başını tutub qarnına gedən suları boşaltdım. Handan-hana uşaq özünə gəldi. Onun qara gözləri güldü. Sevinirdi ki, atasını "xilas" edib...

‎Kim bilir, bəlkə də gələcəkdə bu balaca cəsarətli, qorxmaz xilaskarım Cavanşir mənim ən qüdrətli qanadım olacaq. Mən də həmin qüdrətli qanadimin köməyi ilə bütün dünyanın ənginliklərinə uçacağam.

‎15.07.89
Top