İnsanların Daxili Boşluğu və Xarakterin Gücü

İnsanların Daxili Boşluğu və Xarakterin Gücü


*İnsanların Daxili Boşluğu və Xarakterin Gücü*
Həyat bəzən o qədər qısadır ki, gözləmədiyimiz anlarda bizi gözlənilməz əngəllərlə qarşılaşdırır. İnsanların üzərindəki təzyiq, mürəkkəb münasibətlər, zaman zaman səhv qərarlar və ümumiyyətlə bir-birimizlə qarşılıqlı əlaqə – hamısı bizi formalaşdırır. Amma bəzən gözləntilər və sosial münasibətlər bizə gözlənilməz yaralar verir. Xüsusilə, dəyərsizləşmiş insanlar ətrafımızda olduqda, bu yaralar daha da dərinləşir.

İnsanlar çox vaxt başqalarının üzərində özlərini güclü hiss etmək istəyirlər. Belə insanlarda, daxili zəifliklərindən yaranan təzyiqin təsiri ilə, başqalarını kiçiltmək, dəyərini azaltmaq bir üsul halına gəlir. Bu zaman sözləri, davranışları, hər bir hərəkətləri təkcə pislik və ya hirslə yox, artıq özlərinin qəlbindəki boşluqları, narahatlıqları ifadə edir. Onlar üçün qarşısındakını qırmaq, ona zərbə vurmaq, zəif nöqtələrini tapıb onları vurmaq, özlərini güclü göstərməyin bir yoludur.

Xarakterin önəmi isə burada böyükdür. Həyatımızda ətrafımızda olan insanları seçərkən, yalnız onlara göstərilən diqqət deyil, həm də onların daxili dünyaları, xarakterləri də önəmlidir. Kimə güvənəcəyimizi, kimə yaxınlaşacağımızı, kimə dərdlərimizi açacağımızı bilmək, həyatın çox çətin sınaqları qarşısında bizi qoruyacaq ən vacib addımdır. Xarakteri sağlam olan insanlar, başqalarının qəlbinə hörmətlə yanaşar, həqiqi sevgilərini, dəstəklərini ifadə edərlər. Bu insanlar heç vaxt başqalarını incitməyi düşünməzlər, çünki özlərinin içindəki boşluğu başqalarını yıxaraq doldurmağa çalışmazlar.

Bununla yanaşı, bəzi insanlar, özlərini yalnız digərini alçaltmaqla, ona zərbə vurmaqla daha üstün hiss edərlər. Onların hər bir sözü, sadəcə ağızlarından düşən pislikdir. Bu sözlər yalnız öz içlərindəki boşluqları deyil, həm də dünyaya qarşı olan qəzəblərini və məyusluqlarını əks etdirir. Belə insanlar həyatı başqalarının üzərindəki qəlb qırmaqla, yaralamakla yaşamağa davam edərlər.

Məhz bu səbəbdən, həyatımızda ətrafımızda olan insanları diqqətlə seçməliyik. Həyat çox qısadır, hər anımız qiymətlidir. Ona görə də, yaxşılıqla, hörmətlə, dürüstlük və sevgi ilə qarşılaşmaq və insanlara qəlbimizdə yer vermək əvəzinə, özümüzü bu cür zərərlərdən qorumağı öyrənməliyik. Çünki biz dəyərimizi yalnız başqalarına qarşı göstərdiyimiz münasibətlərdən deyil, həm də içimizdəki gücdən və xarakterdən alırıq.

Vəfa Seyfullayeva
4 illik mediativ və 22 illik pedaqoji təcrübəyə sahib, ölkənin ilk mediatorlarından
Top