Autizm

Autizm


 2 aprel, Dünya autizm məlumatlandırma günüdür.Autizm məlumatlandırma gününün təsis edilməsində əsas məqsəd, diqqəti bu,problemdən əziyyət çəkən şəxslərə yönətməkdən ibarətdir. İlk dəfə Autizm termini 1943-cü ildə, alim Leo Kanner tərəfindən elmə gətirilmişdir.Kanner 11 uşaq üzərində apardığı müşahidələr nəticəsində autizm sindromunu aşkara çıxarmışdır.Daha sonra 1944-cü ildə,  Avstraliyalı psixiatr Hans Anspergen bu sindromu Autist psixopatiya adlandırmışdır.Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, dünyada 70 milyona yaxın insan autizm sindromundan əziyyət çəkir.

Autizmin xüsusiyyətlərinə nələr daxildir?

   Uşaq autizmi 3 yaşa qədər baş verən xüsusiyyətlərdə, özünü büruzə verir.İnkişafda ləngimənin olması, ünsiyyətdə yaranan çətinlik,uşaqların ətaf aləmi dərk etməkdə çətinlik çəkməsi,evdə əşyaların yerinin tez-tez dəyişilməsinə verilən  sərt reaksiya ,otağa kiminsə  daxil olmasını hiss edə bilməmələri,baş verən hadisələrə reaksiya verə bilməmə,susqunluq,eyni hərəkətləri dəfələrlə təkrar etmək,eyni əşya ilə oynamaq,və s.Əgər sadalanan xüsusiyyətlər uşaqlarda aşkar olunarsa , mütləq nevropatoloqa müraciət olunmalıdır.Autizm sindromu olan uşaqlara fərdi şəkildə yanaşılmalı,uşaqlar tez-tez təlimlərə cəlb olunmalıdır.Autizm xəstəlik deyil,sadəcə fərqlilikdir. 

Sosioloq Çinarə Hüseynova
Top