
İnformasiya ''çirkliliyi''
•İnformasiya "çirkliliyi" nədir?
İnformasiya çirkliliyi - informasiya mənbələrinin natamam, ziddiyyətli, əhəmiyyəti olmayan məlumatlarla çirklənməsidir. Yararsız məlumatların yayılması hər hansı bir şəxsin fəaliyyətinə mənfi təsir göstərə bilər. Sosioloji tədqiqatlar göstərir ki, bir şəxs həddindən artıq çox məlumata sahib olduqda, bu şəxsin qərar verə bilmədiyi bir vəziyyət yaranır. Və buda "təhlil iflicinə" gətirib çıxarır. Qərar verilməsi lazım olan əsas həqiqətlərdən diqqəti yayındıran hər şey informasiya çirkliliyinə əsaslanır. İnformasiya çoxluğu insan həyatının müxtəlif sahələrinə təsir edir. Bura insanın fiziki , əqli sağlamlığı və eyni zamanda fərdi xüsusiyyətləri aiddir.
•İnformasiya çirkliliyinin qarşısını necə almaq olar?
İnformasiya çirkliliyinin qarşısını almaq üçün cəmiyyətin informasiya mədəniyyətini yüksəltmək vacib şərtdir. Mütəxəsislər də məsləhət görür ki, lazımsız məlumatları atmaq və alınan hər məlumatı təhlil etmək əsas və lazimi faktordur.
Sosioloq Roza Əliyeva
ADMİU. 4-cü kurs tələbəsi