
Obsessiv -Kompulsiv pozuntu
Obsessiv-kompulsiv pozuntu (sayrışan nevroz)-Cinsiyyətindən ,sosial vəziyyətindən asılı olmayaraq hərkəsdə bu,xəstəlik görünə bilər.Obsesiv kompulsiv-latınca tərcümədə-təmizkarlıq,vasvasılıq deməkdir.Daha çox qadınlarda və yeniyetmələrdə rast gəlinir.Genetik və ya sonradan qazanılmış ola bilir.Baş vermə səbəblərinə-yaxın birini itirməki,işini itirmək,emosionallıq,insanı sarsıdan bir hadisənin baş verməsi və s.
Obsessiv kompulsiv pozuntu -beyində təkrarlanan neqativ düşüncələrin ,kompulsiv yəni hərəkətə keçmə prosesidir.Şizofreniyadan fərqi ondadır ki,şizofreniya xəstələri onlarda baş verən dəyişikliklərin fərqində olmur,sayrışan nevrozdan əziyyət çəkən insanlar öz davranışlarında baş verən dəyişikliklərin fərqinə vara bilirlər.
Obsesiv kompulsiv pozuntudan əziyyət çəkən insanlarda ölümlə bağlı qorxu,həyəcan,bulaşma,iyrənmə,əlləri tez-tez yumaq,rənglər və günləri uğurlu,uğursuz olaraq ayırmaq,mesajları tez-tez yoxlamaq,evdən çıxarkən qazı,işığı dəfələrlə yoxlamaq və s.kimi xüsusiyyətlər özünü göstərir.
Bu cür pozuntudan əziyyət çəkən şəxslər mütləq psixoloqa müraciət etməlidir.Evdə otağın havası tez -tez dəyişilməli,işıqlandırılmalıdır.
Sosioloq -Çinarə Hüseynova