
Antisosial davranış
Antisosial davranış
Şəxsiyyət pozuntuları — uzunmüddətli, güclü və müqavimətli düşüncə və davranış qəlibləri ilə xarakterizə olunmuş pozuntular sinifidir.
Antisosial şəxsiyyət pozuntusuna malik olan şəxslər əksik disiplinlə böyüdülən, başqalarının hüquqlarına hörmətlə yanaşa bilməyən şəxslərdir. Antisosial şəxslər uşaq vaxtı ehmal edilən və istismara məruz qalan şəxslərdir. Onlar adətən aqressiv olur, cəmiyyətə uyğunlaşa bilmirlər. Tədqiqatlar göstərir ki, maddə bağımlısı olan şəxslərdə şəxsiyyət pozuntusu daha çox rast gəlinir. Belə şəxslərdə eqo zəifliyi, etibarsızlıq meydana çıxır. Antisosial şəxslər etdikləri hərəkətlərə görə peşmançılıq hissi keçirmirlər. Antisosial şəxsiyyət pozuntusu kişilərdə 3.3, qadınlarda isə 0,9% təşkil edir. Antisosial tip şəxslər məsuliyyət hissinə malik olmur, mövzulara tamamilə laqeydsiz yanaşırlar.
Sosioloq Çinarə Hüseynova