Mən anadan əli qılınclı doğulmuşam!
At belində doğulan bir insan... Bu ifadə bir mif kimi səslənsə də, Cəlal müəllimin həyatında gerçəkdir. Onun romanlarında söz qılınca çevrilir, qəhrəmanlar dirilir, insan bir anda özünü tarixi səhnələrdə görür. Cəlal müəllim elə bir qələm sahibidir ki, tariximizin unudulan səslərinə yeni nəfəs verib. Onu oxuyan hər gənc Babək kimi baş qaldırır, Cavanşir kimi vətən deyə hayqırır. O sadəcə bir yazıçı deyil, milli yaddaşın qoruyucusu, milli ruhun carçısıdır. Onun romanları təkcə keçmişə deyil, bu günə və gələcəyə körpü salır. Bu müsahibədə Cəlal Bərgüşadın həyat və düşüncə tərzi ilə yaxından tanış olacaq, bir sənətkarın taleyində bütöv bir xalqın izlərini görəcəksiniz. Müəlifin dediyi kimi: "Yazıçı təkcə söz adamı deyil, xalqın ruhuna keşik çəkən bir mücahiddir".
At üstündə dünyaya gələn insanla müsahibə
-Cəlal müəllim, siz xoşbəxt sənətkarsınız. Ona görə ki, çoxlu oxucunuz var. Belə sənətkar, döyüşçüsü çox olan sərkərdəyə bənzəyir. Artıq siz dünya orbitinə çıxmısınız. Sizin tarixi romanlarınız nəinki ölkəmizdə, hətta Yaxın Şərq ölkələrində maraqla mütaliə olunur. Məşhur xalq sərkərdələrindən Babəkin və Qaçaq Nəbinin həyatından yazdığınız Siyrilmiş Qılınc və Bozatın Belində tarixi romanlarınız bir sıra kapitalist ölkələrində dönə-dönə kütləvi tirajla nəşr olunmuşdur. Hətta Qərbi Avropa və Çin şərqşünasları da sizin əsərlərinizə böyük maraq göstərirlər. Eşitmişik ki, on bir ilə yaxındır məşhur Alban sərkərdəsi Cavanşirin həyatından Cavanşir adlı roman yazmısınız. Sizin yaratdığınız mübariz, döyüşkən, ana yurdu uğrunda ölümündən keçən canlı obrazlar müasir gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə edir. Bu da hazırki elan olunmamış qanlı müharibə dövrü üçün daha vacibdir. Sizin romanlarınız Azərbaycan xalqının qəhrəmanlıq keçmişini bir daha yaşadır. Müasir gəncə Sizin əsərləri oxuyarkən haqlı olaraq qürurlarınır: “Mən cavanşirlər, babəklər, qaçaq nəbilər nəslindənəm! Məni Həcər kimi igid ana dünyaya gətirib. Mən anadan əli qılınclı doğulmuşam! Mənim torpağımda gözü olan alçaq düşmənin gözünü oyaram!” İstərdim ki, icazənizlə siz bu barədə bir neçə sual verim.
-Buyurun.
-Siz, nə üçün ən çox xalqımızın keçmiş qəhrəmanlarının həyatından yazırsınız?
-Bilirsiniz, hər bir xalqı onun qılınc və qələm qəhrəmanları ilə tanıyırlar. Ana vətən təhlükədə olanda onu qəhrəman anaların dünyaya gətirdikləri qəhrəman oğullar qoruyurlar.
-Madam ki, anaların dünyaya insan gətiməyindən söhbət düşdü mən sizə qəribə də olsa belə bir sual vermək istəyirəm. Televiziyada çıxış edərkən eşitdim ki, siz on altı yaşından hitlerçi dəniz quldurları ilə vuruşmusunuz...Özü də ananız sizi at belində dünyaya gətirib.
-Düzdür, taleyim elə gətirib ki, mən at belində dünyaya gəlmişəm. Və bu hadisəni Bozatın Belində romanımdan “Dünyaya insan gəlir” fəslində Həcər xanımın at üstündə necə ağrı çəkdiyini təsvir etmişəm. Həcəri öz anamın timsalında təsvir etmişəm. Düzü Bakıda universitetdə oxuyarkən bizi allahsız elmlər Marksizm-Leninizm ideyalarına uyğun təbliğ edilirdi. Müqəddəs kitablardan – Qurandan, İncilədn, Tövratdan, Avestadan xəbərimiz yox idi. Buna görə də mən ateist idim. O vaxtlar dinə inanmırdım. Tarixi romanlar yazdığım üçün adlarını çəkdiyim müqəddəs kitablarla tanış oldum, hətta qədim İran, Roma, Hind, Ərəb və Xəzər fəlsəfəsi ilə, ədəbiyyatı ilə dərindən maraqlandım. Oxuduğum tarixi kitablardan mən çox şeylər öyrəndim. Zərdüştün hamısı olmasa da bir sıra işıqlı ideyaları çox xoşuma gəldi. Görün Zərdüşt insan haqqında nə deyir: “İnsan yalnız xeyirxahlıq üçün dünyaya gəlir!” İncildə isə belə yazılıb: “Əgər gözün səni bir dəfə aldadıbsa, çıxart at!” Quran görün elmə necə yüksək qiymət verir: “Qiyamaət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular, alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələr”. “Elm öyrənən zalam birini ölüm haqlayırsa, o şəhid sayılır”. Bizə isə universitetdə Marksizm-Leninizm öyrədirdi ki, Quran bütün elmlərin ayağına buxov vurur. Din tiryəkdir! Quran ancaq tərki-dünyalıq təbliğ edir. İnsanları xoş günlər üçün apardıqları azadlıq mübarizəsindən çəkindirir. Ona görə də, bizim gənclik İslam dininə biganə olub. Elə mən özüm də...Ancaq çox böyük etik, tərbiyəvi ideyalar təbliğ edən həmişə yaşar dini kitablar mənim təfəkkürümü, şüurumu, həyata baxışımı tamam dəyişdirdi. Mən indi tamam dindar bir yazıçıyam, taleyə də, alın yazısına da, genlərin sehrli möcüzəsinə də, başqa qalaktikalarda insanların yaşamasına da, səslərin ölməzliyinə də inanıram...Mən 1926-cı ildə qabaq binə ilə dağa köçərkən yolda – at belində dünyaya gəlmişəm...Taleyim elə gətirib ki, at belində dünyaya gəldiyim üçün ömrüm boyu həmişə yollarda oluram. Ad günlərimi də çox vaxt ezamiyyətlərdə, qatarlarda, təyyarələrdə, yaradıcılıq evlərində, xarici ölkələrə səfərlərdə keçirmişəm. Hansı filosofsa yaxşı deyib: “Ev doğulmaq və ölmək üçündür, əsl həyat yollardadır”.
-Cəlal müəllim, Hindistanda, Misirdə, Maltada, Fransada, Avstriyada, İtaliyada, Yunanıstanda, Türkiyədə, İsveçdə, Finlandiyada və bir çox xarici ölkələrdə səfərdə olmusunuz. Bu səfərlər sizə bir yazıçı kimi nə vermişdir?
-Mən sizin bu suala ətraflı cavab versəm, qəzetinizdə başqa yazılara yer qalmaz. “Yazıçı” nəşriyyatı bu il mənim “Dünyada nələr gördüm” kitabımı buraxır. Yaxın günlərdə o kitab satışda olacaq. Sualın geniş cavabını ordan tapa bilərsiniz. Ancaq yazıçı kimi onu deyə bilərəm ki, hər bir sənətkar, istər rəssam olsun, istər qələm sahibi, dünyanı çox gəzməli və çox mütaliə etməlidir. Min dəfə eşitməkdənsə, bir dəfə görmək daha faydalıdır. Mən Misirə səyahət zamanı Qahirə muzeyində bizim tütəyə bənzər bir dəmir alət gördüm. Düzdür, o alətdə bircə dəlik var idi. Soruşdum ki, bu nədir? Dedilər ki, bu “anaların göz yaşı qabı”dır. Firon II Ramzes çoxlu müharibələr edirmiş. Anaların göz yaşı qurumazmış. Analar ölənə yaxın göz yaşlarını həmin qaba yığarlarmış. Vəsiyyət edərmişlər ki, mənim göz yaşı qabımı da məzarıma qoyarsınız. Mən “Ehramlar ölkəsində” oçerkimdə oxucuma belə bir sual verdim: “Görəsən İkinci Dünya Müharibəsində övladlarını itirmiş anaların göz yaşlarını bir yerə yığsaydılar, böyük bir dərya yaranmazmıydı?” Mən müharibənin facisəini öz gözlərimlə görmüşəm. Alman faşistlərilə Qara dənizdə vuruşarkən görmüşəm ki, qana boyanmış mavi dəniz suya batan yaralı döyüşçülərin nəfəsindən necə qaynayırdı! Sahil sahibsiz, matros papaqları isə haşiyələnmişdi! Kim bilir, dənizin dibində neçə-neçə nakam cavan uyuyurdu! Əgər min il sonra bu döyüş yerlərində arxeloji qazantılar aparsalar dəhşətə gələrlər! Dənizin dibinə nə qədər başsız, qolsuz, qıçsız insanlar qərq olub?! Bax, budur müharibənin dəhşətləri!!! Artıq dörd ildir ki, erməni quldurları da bizim doğma vətənimizdə qəbirstanlıqlar salmaq istəyirlər. Ancaq by xam xəyaldır. Cavanşir kimi, Babək kimi, Koroğlu kimi, Qaçaq Nəbi kimi, Həcər kimi qılınc qəhrəmanlarımızın müqəddəs vətəninə mənfur erməni quldurlarının ayaqları toxuna bilməz!
-Əlbəttə, erməni quldurları bizim vətəni zəbt edə bilməz Buna onları cürəti çatmaz! Ancaq dincliyimizi pozurlar.
-Təəssüf ki, dincliyimizi pozurlar. Erməni ekstremistlərinin havadarları Moskvada, Parisdə, Vaşinqtonda oturublar. Yoxsa, tülküdən qorxan erməni saqqallıları başlarından böyük qələti eləməzdilər. Böyük Cəfər Cabbarlı “1905-ci ildə” pyesində yerində deyib: “Atan kazaklardır”. İndi isə bizə güllə atan kazakların başçısı Qarbaçovdur.
-Doğrudan da “atan kazaklardır”.
-Erməni hampaları həmişə satqın olublar. Puşkin də onları lənətlə damğalayıb. Cavanşiri də, Babəki də, Qaçaq Nəbini də ermənilər satıb. Tarix onları hələ də lənətləyir!
-Cəlal müəllim, nədənsə sizin romanlarınız hələ işıq üzü görməmiş sizə hücumlar başlayır. Bunun səbəbini bilmək istəyərdik.
-Siz heç görmüsünüz ki, söyüdə daş atan olsun? Çünki onun bəri-bəhrəsi yoxdur. Şıltaq, tərbiyədən uzaq uşaqlar, yolla gəlib keçən anasının əmcəyini kəsən dələduzlar nəhəng barlı qoz ağacına o qədər salba atırlar ki, ağac da az qala qurusun. Bədxahlarım çox olsa da, Allahım həmişə mənimlədir. Onların oxucularımın gözdən salmaq istədikləri romanlar indi dünya dillərinə tərcümə olunur. Məni əsasən taqsırlandırırlar ki, mən Babək də, Qaçaq Nəbinin də nəsil-nəcabətini kürd etmişəm. Bilmirəm kürdlər nə vaxtdan Azərbaycan xalqına düşmən olublar? Hazırda Zəngilən, Qubadlının, Laçının və Kəlbəcərin əlçatmaz dağlarında silaha sarılıb cəngavər Azərbaycan oğulları ilə birlikdə çiyin-çiyinə erməni quldurlarına qarşı vuruşan igid kürd oğulları deyillərmi? Bir qədər keçmişə qayıdaq. Bundan əvvəlki erməni müsəlman davasında daşnak Andranikin intiqamçı quldur qoşununa qarşı Laçının Zabıx dərəsində kürd Soltan bəyin canavarpapaq dəstəsilə öölümnənqorxmaz Azərbaycan oğlanları Andranikə divan tutmadılarmı? Tarixçilər hələ səkkiz yüz il bundan əvvəl Səlib yürüşlərinin İslam üçün necə təhlükə törətdiklərini yaxşı bilirlər. Hələ o vaxtlar Misir soltanı kürd Səlahəddin Əyyubi 1187-ci ilin iyul ayının 3-də və 4-də Hittiə (Fələstin) ətrafında səlibçilərin ordusunu darmadağım etmədimi? H’lə o vaxtlar 1189-1192-ci illərdə Üçüncü Səlib Yürüşü zamanı birləşmiş müsəlman qoşunlarına Səlahəddin Əyyubi başçılıq edirdi. Səlibçilərin məğlubiyyəti onun adı ilə bağlıdır...
O vaxtdan görün neçə əsr keçmişdir. Səkkiz yüz il bundan əvvəl səlibçilərin diz çökürdən kürdlərin indi İraqda başlarına gətirilən müsibətlər sizə yaxşı məlumdur. Bunları kimlər edir və nə üçün edir, o da sizə məlumdur. Kaş İraqın prezidenti Səddam Hüseyn də insafa gəleydi kürd problemini Türkiyənin prezidenti Özal kimi öz ölkəsində tezliklə həll edəydi.
Tarixdən bəllidir ki, dostluğa olduqca sədaqətli, düşmənə qarşı barışmaz olurlar. Kürdlərdən də Azərbaycanlılar kimi böyük zəka və qılınc qəhrəmanları çıxmışdır. Budyonunun anasının kürd olması Atatürkə yaxşı məlum idi. Bu barədə tarixdə rəsmi sənədlər var. Mənim dostum, dünyanın ən yaxşı romançısı Yaşar Kamal da kürddür. Azərbaycan xalqının belə çətin, gərgin və təklənən günlərində hiyləgər erməni daşnaqları kürdlərlə azərbaycanlılar arasında nifaq salmaq üçün ara-bir mərkəzi mətbuatda “kürd problemi” adlı yazılar dərc etdirirlər. Guya Azərbaycan kürdləri muxtariyyət tələb edir. Guya kürdlər ərazi iddiasındadırlar. Daşnaqların fikri isə ayrıdır. Onlar kürdlərlə azərbaycanlılar arasında nifaq salmaq, bununla da Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından Dağlıq Qarabağa yol açmaqdır. Bu isə erməni ekstremistlərinin xam xəyalıdır. Keçən il Sovet kürdlərinin ümumittifaq konfransında Azərbaycan kürdləri öz sözlərini demişdilər. Azərbaycanlılarla kürdləri nəuzibillah Allahın özü də vuruşdura bilməz. Kürdlər azərbaycanlı bir xəncərin iki ağızıdır. Kürdlər azərbaycanlı eyni ananın ekiz övladıdır. Tarix boyu onlar düşmənə qarşı birgə mübarizə aparmışlar. Hələ bu vaxta qədər kürdlə azərbaycanlı arasında heç bir ixtilaf olmayıb. Qorxuram ki, təzə yazdığım Cavaşir romanı çapdan çıxanda bədxahların yenidən hücumə keçsinlər. Eyb eləməz, mən tarixi mənbələrə istinad edərək həqiqəti yazıram. Görəsən Azərbaycanlılar üçün Məhəmməd Peyğəmbərin ərəb olması yaxşıdır, yoxsa kürd? Yuxarıda dedim ki, kürdlərlə azərbaycanlılar bir xəncərin iki ağzıdır. Keçmiş tarixçilər yazırdılar ki, “Peyğəmbəri İslam Həzrət Məhəmmədin əcdadı da kürd idi. Buna görə də ərəb onun sonradan ərəb olduğunu qəbul etdirdilər. ” Bu məlumatı XV-XVI əsrdə yaşamış Şərəf xan Bidlisin “Şərəfnamə” kitabından götürmüşəm. Buyurub özünüz də baxa bilərsiniz... Gülməyin, desəm ki, Moskvanın təməlini qoymuş məşhur sərkərdə, Yuri Dolqorukinin də nəsl-nəcabəti kürddür, sizə qəribə görünəcək. Mənə inanmırsınızsa, buyurun Moskvada “Hayka” nəşriyyatı tərəfindən 1978-ci ildə buraxılmış kitaba baxa bilərsiniz. Akademik N.A. Orbelin özü də bu fikri təsdiq edir. Desəm ki, qədim Sasani hökmdarlarının da nəsl-nəcabəti kürddür, sizə daha qəribə görünəcək. Burada bir haşiyəyə çıxmaq istəyirəm. Uzun əsrlər boyu günəşli Azərbaycanda doğma, səmimi, əziz bir ailə kimi yaşayan, qurub yaradan az saylı xalqlar kürdlər, talışlar, ləzgilər, tatlar üçün öz keçmiş zəngin mədəniyyətini, adət-ənənələrini, soylarını öyrənmək məqsədi ilə mədəni mərkəzlər yaradılmışdır. Bakıda yaradılmış bu mərkəzlər təqdirəlayiqdir. Biz beynəlmiləl ziyalılar Azərbaycanın havasını udmuş, günəşi ilə isinmş, mədəniyyəti, elmi, ədəiyyatı, incəsənəti sayəsində püxtələşib dünya şöhrəti qazanmış həmin az saylı xalqlara hər cür mənəvi kömək göstərməliyik. Həmin xalqların hərtərəfli mədəni inkişafı üçün yaradılmış misilsiz şəraitə görə onlar Azərbaycan xalqına minnətdardırlar. Onların bütün qələbəsi Azərbaycan xalqının qələbəsi ilə bağlıdır.
-Sizin uzun müddətdir ki, “Azərteleradio şirkəti”ndə kənd təsərrüfat şöbəsinə rəhbərlik edirsiniz. Kəndi yaxşı bilirsiniz.
-Ərzaq proqramının həllində bazar iqtisadiyyatına keçmək məsələsinə nə cür baxırsınız?
-Mən bu barədə öz fikrimi bizim prezidentimiz Mütəllibov yoldaşa yazmışam, istəyirsinizsə onu Sizə də oxuyum.
-Buyurun .
-Hörmətli prezident Ayaz Mütəllibov, salam!
Mən glşənin Federasiya Şurasında Sizin çıxışınıza televiziyada dinlədim. Mənə görə, Sizin bu çıxışınız hazırda taleyi tilsimə düşmüş ölkəmizi iqtisadi böhrandan çıxarmaq üçün yeganə və əvəzsiz tarixi sənəddir. Mən bir yazıçı jurnalist kimi Sizin qarşıya qoyduğunuz həlli vacib problemlərlə tam şərikəm. Əgər M.C.Qorbaçov Sizin irəli sürdüyünüz mülahizələrin həyata keçirilməsinə ürəkdən kömək etsə, mən elə bilirəm ki, ölkəmiz, o cümlədən respublikamız yaxın illərdə düşdüyü iqtisadi bəladan çıxa bilər.
M.S.Qorbaçov və onun əhatəsində olan bə`zi “modernist” ixtisaslılar iqtisadi nəzəri əsası monetarizm adı ilə məşhur olan ABŞ-ın Çikaqo məktəbinin irəli sürdüyü yeni fikir cərəyanından götürmüşlər. Və onların bə`zi müddəalarını kor-koranə bizim sosializm cəmiyyətində güclə tətbiq etmək istəyirlər. Nəticəsi də mə`lumdur. Mənim hissiyyatım mənə haqq verir deyəm ki, Çikaqo məktəbinin nəzəriyyəsinin əhəmiyyətini bizim başıbəlalı ixtisasçılardan da qabaq müxtəlif səfərlər zamanı M.C.Qorbaçovun başına Reyqan və Tetcer salmışdı. Çünki ,bu çevik nəzəriyyə tez bir zamanda “Tetcerizm”, “reyqanomika” adı altında dünyanın bir sıra inkişaf etmiş ölkələrində və habelə yenicə inkişafa qədəm qoymuş regionlarında praktik surətdə geniş tətbiq olunurdu. Reyqan da ,Tetçer də dünyada ən qüdrətli olan ölkəmizi iqtisadi cəhətdən sarsıtmaq, dünyanı sosializm təhlükəsindən birdəfəlik xilas etmək məqsədi ilə (vaxtilə Çerçil kommunizmi beşikdə boğmağı bütün kapitalist ölkələrinə tövsiyyə edirdi). M.S.Qarbaçovu sehrləmişlər ki, əgər siz istəyirsinizsə ölkənizdə olan bulaqlardan su əvəzinə süd axsın, əgər siz istəyirsinizsə dilənçilərinizin də cibində dollar olsun, yubanmadan tez bir zamanda çikaqo məktəbinin yaratdığı nəzəriyyəni öz ölkənizdə tətbiq ediniz, onda görərsiniz ki, ölkəniz necə də varlanacaq. Məncə hətta onlar fakt gətiriblər ki, Türkiyə on-on beş il bundan əvvəl iqtisadi cəhətdən olduqca geridə qalırdı. Türkiyənin prezidenti Turqut Ozal dəfələrlə Amerikaya gəldi və çikaqo məktəbinin nəzəriyyəsini öyrənib öz ölkəsində tətbiq etdi və nəticədə mö`cüzəli iqtisadiyyat yaratdı. Bu düzdür! Ancaq Qorbaçov başa düşməlidir ki, çikaqo məktəbinin iqtisadi nəzəriyyəsini ancaq və ancaq şəxsi mülkiyyətə sahib olan kapitalist ölkələrində tətbiq etmək mümkündür! Tə`məli ictimai mülkiyyət üzərində qurulmuş bizim sosialist ölkəsində isə onları yalnız və yalnız SSRİ-nin Federasiya şurasında Sizin irəli sürdüyünüz çox qiymətli və müdrik iqtisadi nəzəriyyəsi ilə (Mən Sizin mülahizələrinizi nəzəriyyə kimi qəbul edirəm) həyata keçirmək mümkündür. Məncə, Sizin bu çıxışınız ölkənin bütün dillərinə tərcümə olunmalı və bütün regionlarda cəsarətlə həyata keçirilməlidir. Görürsünüz Bazar iqtisadiyyatına keçid hazırkı şəraitdə olduqca mürəkkəb bir prosesdir Bunu elmlə həll etmək mümkündür. Məncə bax prezidentimiz Ayaz Mütəllibov ölkədə bunun ən yaxşı nəzəriyyəsi ola bilər. Yeri gəlmişkən onu da deyim ki, prezident Ayaz Mütəllibovun sizin qəzetinin verdiyi suallara cavabı da xoşuma gəldi. “Xalqımı azad, müstəqil məğrur görmək istəyirəm” sərlövhədən prezidentin fikri xalqın fikrini ifa edir. Çox təəssüf ki, bizdə gecə-gündüz torpaqda toyuq kimi eşələnən kəndlinin əməyinə düzgün qiymət verilmir. Kəndli qul kimi istismar olunur. Kəndlinin haqqını kəsmək günahdır. Onun haqqını alnından axan tər torpağa düşən kimi gərək ödəyəsən! Onda kəndli əbədi olaraq torpağa bağlanır. Mən hələ torpaqdan düzgün istifadə barədə öz fikrimi 1962 -ci ildə N.S.Xruşova yazmışam...yazmışam ki, Nikta Sergeyeviç nə qədər müşavirə keçirirsən keçir, nə qədər qərar qəbul edirsən et, kənd əməkçilərinə nə qədər orden, medal verirsən ver, onların heç birisi ölkədə ərzaq bolluğu yarada bilməz! Yeganə yol torpağı kəndliyə verməkdir. Hətta bu barədə mən o vaxtlar Yuqoslaviya səfərindən qayıdandan sonra Titonun torpaq reformasını tərifləmiş və torpağın gəncliyə verilməsi barədə mətbuatda çıxış da etmişəm. Düzdür, buna görə mən danlanmışam. Qaldı bazar iqtisadiyyatına keçmək məsələsi bir yazıçı kimi mən bunu bir əfsanə sayıram. Çünki bizim ölkəmiz bazar iqtisadiyyatına keçməyə hazır deyil. Bazar iqtisadiyyatına keçəndən sonra ölkədə dəhşətli hadisələr başlayacaq. Cib kəsən kooperatorlar, işbazlar alverçilər, fırıldaqçılar şah kimi yaşayacaq, dənizdən qara qızıl çıxaran neftçilər, yerin tərkindən kömür çıxaran şaxtaçılar, isti kürənin qarşısında polad əridən fəhlələr qəzəblənəcəklər. Ölkədə yaşayan 290 milyon əhalinin azı 70 milyonu işsiz qalacaq. İşsizlər ordusu silaha sarılıb yeni yaranmış sovet kapitalislərinin evlərini talayıb, zəbt edəcək , özlərini də öldürəcəklər. Belə faciəli hallar artıq başlamışdır. Ac qılınca çapar .
-Axı indi bir sıra ölkə şöhrətli iqtisadiyatçılarımız bazr iqtisadiyyatının yeganə yol olduğunu iddia edirlər . Deyillər ki, ölkənin ölkəni ancaq bazar iqtisadiyyatı ilə qurtarmaq olar.
-Məncə dövlət əhəmiyyətli bu mühim məsələni müdafiə edən saxta iqtisadiyyat alimləri öz cəzalarını almalıdırlar. Bəlkə düz demirəm?! Aşkar dövrdür. Senzuraranın gözünü artıq bağlayıblar. Mən daha açıq danışmaq istəyirəm Siz deyin görək, Sovet ölkəsinin yarandığı 74 il ərzində bizim iqtisadçı alimlərimiz, filosof alimlərimiz, yazıçılarımız, jurnalistlərimiz Mərkəzi Komitənin, Sovet dövlətinin hansı qərarına qarşı çıxıblar?! Heç birinə! Vaxtilə MK –nın məşhur fevral plenumunu uzun müddət tərifləmişik. Hələ vaxtilə İ. S. Xruşov belə bir şüar irəli atdı ki, 60-cı ilədək ətdə, süddə , ABŞ-ı ötəcəyik. Hətta H. S. Xuruşşov o vaxtlar ətin, südün, yağın qiymətlərini qaldırdı. Dedi ki, bu müvəqqəti çətinlikdir. Yaxşı yadımdadır. Amerika jurnalistlərindən biri Xuruşova belə bir qəribə sual verd: “Nikita Serqeyeviç bəlkə komunistlər inəkdən başqa inəkdsən başqa öküzdən də bala alacaqlar?” Xuruşov da zarafatla cavab verdi ki, lazım gəlsə, lap onu da edərik. Təssüf ki N. S. Xuruşovun arzuları kağız üzərində qaldı. İndi Ankara keçisi bizim inəkdən çox süd verir. O ki, qaldı öküzdən bala almağa, burda rus yazıçısı N.V. Qoqolun bir fikrini yada salmaq yerinə düşərdi. N.V. Qoqol yazırdı ki, vaxt gələcək, Rusya dünya bazarlarına təkcə taxıl, donuz piyi deyil, işıqlı zəka məhsulu da ixrac edəcək. Düzdür, həmişə qaniçən, qəddar müstəbid kimi qələmə aldığımız üç yüz il hakimiyyət sürən romanovlar sülaləsi dövründə rus xalqı dünyaya bir çox dahilər vermişdir. Onların adları əbədi tarixə düşüb. Lakin 74 il sosializim dövründə Rusiyada taxıl da, ət də, donuz piyi də qıtlaşmışdır. Vaxtilə dünya bazarına taxıl çıxaran Rusiya indi məcbur olub hər il qızıl pula hər il xaricdən 30-40 milyon ton taxıl alır. Baxmayaraq ki ölkə o qədər geüniş və zəngindir ki, onun bir başında günəş çıxanda, o biri başında günəş batır. Mixail Qorboçov dövründə isə ərzaq məhsulları daha da qıtlaşmışdır. İndi Bakıda ətin kilosu 20 manata çatıb. M. Qorboçov isə xalqa hey vəd verir. İlk əvvəl o Aqrosənaye yaratdı . Dedi ki , ölkəmizi iki ilə Aqrosənaye xilas edəcək, torpaq sahibi tapılıb. Hamımız bu qərarı təriflədik. Sonra Qorboçov Aqrosənayeni dağıtdı , dedi ki, səhv etmişik. Qorboçov spirtli içkilərin satışı ilə qadağa çıxartdı. Yenə hamımız təriflədik. Sonra başa düçdük ki, yenə hamımız səhv etmişik. Elə keçən il sesiyada prezident seçkilərində bəzi minüzlü yaltaq deputatlar dedilər ki, ölkəni prezidentsiz idarə etmək olmaz. Ölkə dağılır. Təcili prezdident seçmək lazımdır. SSRİ Ali Sovetinin IV qurultayında isə bəzi boşboğaz deputatlar konstitusiyada bəzi dəyişiklilkər etmək və prezidentin hüquqlarını daha da artırmaqistəyirlər. Onlar böhran içərisində olan xalqı inandırmaq istəyillər ki, konstitusiyada dəyişiklik ediləndən və respublikalar ümumittifaq iqtisadi müqaviləsinə qol çəkiləndən sonra ölkədə bolluq yaranacaq. Bəs hanı o bolluq?! Bom-boş mağazalarda yenə siçanlar şahlıq edir. Faktlar göstərir ki, inzibati amirlik dövrünün öz böyük bəlaları vardı, aşıkarlıq dövrünün də ağlasığmaz öz bəlaları . Növbəti sesiyada da məsələ qaldırdılar ki, təcili bazar iqtisadiyyatına keçmək lazımdır. Geciksək Sovet ölkəsi əldən gedəcək., təkrar edirəm: mən buna qəti inanmıram. Bu bir əfsanədir.
Bazar iqtisadiyyatına keçən ölkənin iqtisadiyyatı güclü olmalıdır. Amerika birləşmiş ştatlarında fəhlənin orta əməkhaqqı iki min dollardır. Bizdə isə fəhlənin orta əmək haqqı iki yüz manatdan artıq deyil. Fəhlənin bir ay əməkhaqqına bir cüt uzunboğaz çəkmə almaq olar. Amerika Birləşmiş Ştatlarında isə işsizə gündə neçə dəfə yemək verirlər. O ölkədə bazar iqtisadiyyatına keçmək olar. Bizim ölkədə isə olmaz!
-Yazıçı ictimai xadimdir. Müasir ictimai aləmdə çox dəbdə olan yenidənqurma və aşikarlıq barədə fikirinizi bilmək istərdik.
-Bilirsinizmi, indi dünyanın bütün qitələrində “perestroyka” , “qlasnost” ifadəsi tərcümə olunmur. Bu ifadə bütün dünya xalqlarının dilində zərbi məsələ çevrilib. Hətta kapitalist ölkələrin rəssamları da bu “ifadəni “yaradıcı” şəkildə istifadə edirlər. Mən 1988-ci ildə Romada olarkən müasir İtaliya rəssamlarının da əsərləri ilə maraqlandım. Küçə rəssamlarından biri Mixail Qorboçovun başındakı qara xalın üstünə “pestroyka i qlasnost” sözü yazmşdır. İstədim həmin rəsmi alam. Dollarım çatmadı. Siz deyin Mixail Qorboçovun “Kəçv etdiyi” yenidənqurma və aşıkarlığın yer üzündə belə dəbdə olduğu bir zamanda mən ona necə qarşı çıxa bilərəm?! Əgər çıxsam mən də yel dəyirmanına hücüm edən lamanclı Donki Xotun gününə düşmərəmmi? Düzdür, indi Lenindən stat gətirmək dəbdən düşüb. Ancaq onun hikmətli fikirlərini dəfn etmək ağlasığmaz olar. Lenin deyirdi ki, əgər düşmən səni tərifləyirsə demək hardasa səhv etmisən. Mən bu sualınıza bəzi iqtisatçı alimlərin xoşu gəlməyən Leninin aşağıdakı fikiri ilə yekun vurmaq istəyirəm: “Bizdə hər cür yenidənqurma həvəskarları olduqca çoxdur və həmin yenidənqurma işlərindən elə bir fəlakət doğur ki, mən ömrümdə bundan böyük fəlakət görməmişəm.” (Lenin. 44-cü cild.səh. 357) Lenin düz deyirdi. Artıq, ölkəmizin fəlakətli dövrü başlamışdı. Hətta Leninin heykəllərini uçurub dağıdırlar.
- Bir daha Azərbaycanda indiki vəziyyət haqqında, erməni quldurları haqqında fikirlərinizi bilmək istərdik.
-Səhv etmirəmsə hansı dini kitabdasa yazılıb ki, “Azərbaycan” sözünün mənası “Allahın məkanı” deməkdir. Kim bu müqəddəs məkana tamah salsa O, üç dəfə Allahın qəzəbinə düçar olacaq. Mənə elə gəlir ki, erməni ekstremisləri bizim “Allahın məkanı” sayılan doğma Azərbaycana nə vaxt tamah salmışlarsa, həmən Allahın qəzəbinə gəliblər. Məncə üçüncü dəfə bu niyyətdə olan ermənilərin Allahtəala yerlə yeksan edəcək. Mən söhbətimi üzərində uzun müddət işlədiyim “Cavanşir” adlı yeni tarixi romanımın epiqrafı ilə qurtarmaq istəyirəm. “ Mən öləndə məni alban sərhədində dəfn edin”
Əgər övladlarım ağıllı olsalar qoymazlar düşmən ayağı mənim məzarıma toxunsun. Qardaş qardaşın süd payına şərikdir. Torpaqdan pay olmaz. Təkrar edirəm ki, mənim xalqım igid, çəngavər, igid, qrxmaz, mərd xalqdır. Bununla belə mənim xalqım sülhsevər, humanist, intektual xalqdır. Belə xalqın Vətəninə kim göz dikərsə hökmən Allahın qəzəbinə gələcəklər və özləri öz əlləri ilə özlərinə qəbir qazacaqlar.
-Müsahibə üçün sağ olun .
-Siz də sağ olun.