Kişilər xanımları yatağa gətirmək üçün manipulyasiyadan istifadə edirlər.
Hazırda insanlar arasında manipulyasiya geniş yayılıb. Amma cəmiyyətdə manipulyasiya anlayışını tam olaraq dərk etməyən insanlar var. Empatv.az olaraq mövzunu psixoloq Sürəyya Qulibəyova ilə müzakirə etdik.
-Manipulyasiya nədir?
Manipulyasiya bir insanın digər insana təsir etmək ilə emosiyalarını öz məqsədlərinə uyğun yönəltməsidir. Əsas məqsəd qarşı tərəfdən istədiyini əldə etməkdir.
-Manipulyasiyanın hansı psixoloji tərəfləri var?
Seanslar zamanı daha çox qadınların psixoloji tərəfdən istifadə olunması ilə rastlaşıram. Manipulyasiya edən insanların empatiya duyğuları olmur. Qarşı tərəfin düşüncələri onlara maraqlı deyil. Onlar yalnız öz maraqlarına üstünlük verirlər. Məsələn, bir cütlük tanış olur. 3-5 gün keçir. Bəy: “biz artıq bir yerdəyik” “artıq münasibətdəyik”-, deyərək xanıma məsuliyyətlər yükləyir. Manipulyasını dərk edən xanım isə belə deməlidir: “Biz münasibətə başlamışıq. Amma bu o demək deyil ki, qısa müddətdə aramızda hər şey yaşanacaq”. Çox zaman isə xanımlar itirməkdən qorxduqları üçün manipulyasiyaya inanırlar. Hətta özlərini günahkar hiss edərək, bəyə haqq qazandırırlar. Deyirlər ki, yaxşı insandır, bunları məndən istəməlidir də, axı biz münasibətdəyik. Kişilər isə xanımları yatağa gətirmək, cinsi münasibət üçün manipulyasiyadan istifadə edirlər. Manipulyator insanlar bunu gizli edirlər. “Gəl, mənimlə yat” demirlər. Gizli manipulyasiya edib, xanımın şuüraltına təsir edirlər. Buna görə də xanımlar lazımi zamanda “yox” deməyi bacarmalıdırlar.
-Qeyd etdiniz ki, manipulyativ insanlar bunu açıq-aşkar etmirlər. Bəs biz münasibətdə manipulyasiya yoxsa səmimiyyət olduğunu necə anlaya bilərik?
Səmimi münasibətdə heç bir məcburiyyət, günahlandırma yoxdur. Ortaq istəklərə uyğun qərar verilir. Amma manipulyatorlar ilk görüşdən tez əldə etmək istəyirlər. “Səni həyat yoldaşım, ailəm kimi görürəm” “səndən uşaq istəyirəm”,- deyirlər. Heç kim yeni tanış olduğu bir insanla ailə düşünə bilməz. Hətta valideynləri vasitəsi ilə tanış olsalar da danışmaq, tanımaq üçün zamana ehtiyac duyurlar. Uyğun olub-olmadığını müəyyən etdikdən sonra qərar verirlər. Bu artıq sağlam münasibətdir.
-Manipulyasiya ümumi cəmiyyətə necə təsir edir?
Bir insan manipulyativ fikirlərə inanır, sonra bu inam qırılırsa insan nə edəcəyini bilmir. Amma artıq qarşı tərəf manipulyasiyası edib və istədiyini alıb.
-Hansı uşaqlıq travmaları manipulyativ insan olmaqla nəticələnə bilər?
Uşaq vaxtı ağlayıb, ayağını yerə döyüb istədiyini əldən edən insan manipulyasiya ilə hər şeyi əldə edəcəyi düşünür.
-Manipulyasiyanın mənfi tərəflərindən danışdıq. Bəs manipulyasiyanın müsbət tərəfləri nələrdir?
Manupilyasiyanın müsbət tərəfləri harda işlənilməsindən asılıdır. Məsələn, marketinqdə, reklamlarda. Təbii ki, heç kimə zərər vurmadan işlədilirsə müsbət tərəf sayıla bilər.
-Bu suala öz təcrübənizə əsasən cavab verməyinizi istəyirəm. Siz ən çox hansı sahədə işləyən insanlar arasında manipulyasiyaya rast gəlirsiniz?
Hər sahədə manipulyativ insanlar var. Hədəfə çirkin şəkildə çatmaq istəyən hər sahənin insanı manipulyasiya edir.
-Manipulyasiya məruz qalan insanlara tövsiyə verdiniz. Sonda manipulyativ insanlara nə demək istəyərsiniz?
Demək istərdim ki, öz duyğularına baxsınlar, empatiya qurmağa çalışsınlar. Çünki hər proses karma və bumeranqdır. Enerji itmir, dönür, dolaşır və insanın özünə qayıdır.

Müxbir Gülnisə Əfkari