
Yeniyetmə və Ağ Ölüm
Bakıda küçədə azyaşlı yeniyetmə narkotikin təsiri ilə hərəkətsiz vəziyyətdə qalıb.
Artıq son dövrlərdə böyüklərlə yanaşı, azyaşlılar arasındada narkotik maddələrdən istifadəyə rast gəlinir.
Yeniyetmə uşaqların kiçik yaşlarından bu cür təhlükəli maddələrdən istifadə etməsi onların düşüncə qabiliyyətini pozur, audəçilik sonda gənc yaşlarında ölümlərinə səbəb olur.
Əsas faktorlara ətraf mühit, psixoloji amillər, genetik amillər, maraq daxildir.
Ətraf mühit -Dostlardan birinin bu zərərli vərdişlə məşğul olması, ailədə valideynlərin narkotik audəçisi olması yeniyetmələrində, zərərli vərdişə yiyələnməsinə səbəb olur.
Psixoloji amillər-Davranış pozuntusu, şiddətli stress, psixoloji problem yaşayan yeniyetmələr bu riskə daxildir.
Genetik amillər-Əgər ailədə valideynlər narkotik, alkoqol vasitədən mütəmadi istifadə edibsə, bu cür yeniyetmələr risk faktoruna daxildir.
Maraq-Tədqiqatlar göstərir ki, narkotik maddəni sınamağa maraq, sonradan asıllıq hissini artırır.