
Azərbaycan selektiv aborta görə dünyada birinci yerdədir
BMT-Əhali fondunun hesablamalarına görə 2050-ci ilə kimi, doğulan oğlan usaqlarının sayı, qız uşaqlarından çox olacaq. Bu isə çox ciddi demoqrafik problem kimi qəbul edilə bilər.
Dünya statistikasına əsasən 23 milyon qız uşağının həyatı ana bətnində sonlandırılıb. Dünya üzrə selektiv aborta görə Çin birinci yerdə idi. Hal hazırda isə vəziyyət əksinədir. 2021-ci il statistikasına əsasən Azərbaycanda 100-qıza 115 oğlan düşür.
Müasir dövrdə yaşamağımıza baxmayaraq oğlan uşaqları hələdə ailədə varis hesab edilir. Bu cür hallara görə dövrümüzdə selektiv abortlar geniş yayılmışdır.
Abortların müxtəlif səbəbləri cinsə görə hamiləliyin sonlandırılması, iki və ya daha çox övlad istənilməməsi, evlilikdən kənar meydana gələn uşaqlar və s. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, selektiv abortların tez-tez aparılması qadınlarda müxtəlif ginekoloji xəstələr yarada bilər.
Sosioloq Çinarə Hüseynova