Kreslo sevdası: Vəzifəyə yox, vəzifənin verdiyi imtiyaza vurğunluq!
Cəmiyyətin müxtəlif təbəqələrində tez-tez rast gəlinən bir hal var: kresloda oturmaq istəyi, amma məsuliyyət daşımamaq vərdişi. “Kreslo sevdası” adlandırılan bu sindrom bu gün təkcə idarəetmədə yox, hər sahədə gözə çarpır. Sanki bəzi şəxslər üçün kreslo vəzifə deyil, taxt-tacdır.
Bəli, bu sevda bəzən elə bir hal alır ki, kimsə oturduğu kreslonu elə sahiblənir ki, sanki o mebel deyil, doğmalarından miras qalan əmlakdır. Halbuki kreslo sadəcə vəzifə simvoludur, məsuliyyətin ağırlığını daşımaq üçündür, imtiyazın deyil.
Söz düşmüşkən, “kreslo”nun verdiyi cazibə təkcə maaş və əmlaklarla bitmir. Buraya “mənəm-mənəm” demək haqqı, tərif gözləmə alışqanlığı və özünü toxunulmaz hesab etmək hissi də daxildir. Bəziləri üçün isə bu təkcə oturacaq deyil – şəxsiyyətini təsdiqləyən bir möhür, sosial statusun açarıdır.
Və maraqlısı budur ki, kreslo sevgisi çox vaxt bacarıqla yox, “tanışlıqla” başlayır. Amma tarix sübut edir: xalqla araya məsafə qoyan hər kreslo bir gün sahibini də arxasınca yerə qoyur.

Kresloya sevda yox, məsuliyyət duyğusu olmalıdır. Əgər məqsəd kresloya yox, xalqa xidmət olarsa, bu sevda yalnız cəmiyyətin deyil, şanlı tariximizin yaddaşının da hörmət etdiyi sevdaya çevrilər.
Hazırladı : Qədirli Aysu