Matəm və mərhəmət ayı: Məhərrəm!
İslam dünyasında hüzn və dərd ayı kimi tanınan Məhərrəm ayı davam edir. Bu günlər müsəlmanlar üçün yalnız bir matəm deyil, həm də ədalət, fədakarlıq və insani dəyərlərin yenidən düşünülməsi üçün mühüm bir çağırışdır.
Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı xüsusilə Aşura günü ilə yadda qalır. 5 iyula təsadüf edən bu gün Kərbəlada haqq uğrunda canından keçmiş İmam Hüseyn və onun silahdaşlarının şəhadəti ilə tarixə yazılıb. Bu dövr zülmə boyun əyməməyin, ədalətin yanında olmağın rəmzinə çevrilib.
Azərbaycan xalqı da əsrlərdir,Məhərrəm ayını yüksək mənəvi duyğularla qarşılayır. Məscidlərdə mərsiyələr oxunur, İmam Hüseynin əziz xatirəsi yad edilir, ehsanlar paylanır. İnsanlar bu ayda nəfsinə hakim olmağa, bəd əməllərdən uzaq durmağa və bir-birinə qarşı daha mərhəmətli davranmağa çalışır.
Mütəxəssislər bildirirlər ki, Aşura yalnız bir tarixi faciə deyil, həm də bu günümüz üçün bir dərs, xəbərdarlıq və çağırışdır,haqqın tərəfində olmaq, zülmə qarşı susmamaq və cəmiyyət içində ədaləti yaşatmaq çağırışı...
Bu günlərdə ehtiyac sahiblərinə yardım etmək, xeyirxah əməllərlə məşğul olmaq və qəlbi təmiz saxlamaq Məhərrəm ayının ruhuna ən uyğun davranışlardandır.

Hazırladı: Qədirli Aysu