“DAVRANIŞIN GENETİKASI” Genlər başlanğıcdır, yolumuzu isə özümüz çəkirik.
Davranış — insanın xarici aləmlə qarşılıqlı əlaqəsində formalaşan psixoloji və fizioloji reaksiyaların cəmidir. Bəs biz davranışlarımızı özümüz formalaşdırırıq, yoxsa valideynlərimizdən miras alırıq?
“Davranışın genetikası” adlanan bu sahə insan və heyvan davranışlarının irsi əsaslarını araşdıraraq, genlərin davranışa necə təsir etdiyini anlamağa çalışır.
Bu mövzuya daha dərindən yanaşmaq üçün Bakı Slavyan Universitetinin Pedaqogika və Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Gülnarə Həsənova və Bakı Dövlət Universitetinin Genetika və Təkamül Təlimi kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Natəvan Baxşəliyeva ilə müzakirələr apardım.
Davranış və Temperamentin Formalaşması
Qorxu, aqressiya, sevinc, empatiya kimi emosiyalar ətraf mühitə verdiyimiz reaksiyalarda ifadə olunur. Bəs bu davranış və temperamentlər necə formalaşır?
Bu suala cavab olaraq Gülnarə xanım qeyd etdi ki:
“İnsan davranışları yalnız ətraf mühit və ailə tərbiyəsi ilə deyil, eyni zamanda genetik kodla da formalaşır. Uşağın emosional reaksiyaları, enerji səviyyəsi və stressə verdiyi cavab bəzən doğuşdan mövcud olur. Lakin psixoloji və sosial mühit faktorlarının təsiri də danılmazdır. Cəmiyyətin qoyduğu qaydalar, sosial münasibətlər, məktəb və mədəniyyət davranış formasını müəyyənləşdirir. Eyni temperamentə sahib iki uşaq fərqli mühitlərdə tamamilə fərqli davranış nümayiş etdirə bilər. Bu da göstərir ki, davranış genetik kod, sinir sistemi ilə yanaşı, ətraf mühit, tərbiyə forması, keçmiş təcrübələr və sosial kontekstin birgə təsiri ilə formalaşır.”
Genetik Yolla Ötürülən Psixoloji Xüsusiyyətlər və Travmalar
Ətraf mühitə verdiyimiz reaksiyalar bəzən uşaqlıqda yaşadığımız travmalarla bağlı ola bilər. Bəs psixoloji pozuntular (təşviş pozuntusu, hiperaktivlik), liderlik kimi xüsusiyyətlər nəsildən-nəsilə ötürülə bilərmi?
Gülnarə xanım bildirdi ki;
“Bəli, bu xüsusiyyətlərin müəyyən qədər genetik baza ilə əlaqəli olduğu sübut olunub. Təşviş pozuntusu olan valideynlərin övladlarında bu xüsusiyyətin görünmə ehtimalı daha yüksəkdir. Lakin mühitdən asılı olaraq bu pozuntu heç üzə çıxmaya və ya zamanla aradan qalxa da bilər. Liderlik xüsusiyyəti isə daha çox xarakter və şəxsiyyətlə bağlıdır, yəni daha çox mühit və şəxsi təcrübələrdən təsirlənir.”
Travmaların Genetik Ötürülməsi Mümkündürmü?
Bu mövzu ilə bağlı Mark Wolynn-in “It Didn’t Start With You” (Səninlə Başlamadı) adlı kitabında travmaların DNT vasitəsilə ötürülməsi ideyası yer alır. Kitabda qeyd olunur ki, DNT-də “boş” kimi görünən sahələr travmaların ötürülməsində rol oynaya bilər.
Natəvan xanımın bu barədə ətraflı izahı belə oldu;
“DNT-nin cəmi 1–2%-i genetik məlumatı — yəni zülal kodlaşdıran genləri — ehtiva edir. Qalan 98–99% hissə ‘boş’ deyil, əksinə epigenetik idarəetmə üçün həyati əhəmiyyət daşıyır. Bu sahələr genlərin nə zaman və necə işləyəcəyini müəyyən edir. Məsələn, şizofreniyalı valideynlərin uşaqlarında bu xəstəliyin yaranma riski daha yüksəkdir. Amma sağlam valideynlərin övladlarında da mühit və tərbiyə nəticəsində belə xəstəliklər yarana bilər. Bu da göstərir ki, davranış və psixoloji pozuntuların ötürülməsi həm genetik, həm də mühit faktorları ilə bağlıdır.”
Davranışın Genetikası Necə Araşdırılır?
Natəvan xanımın dediyinə görə, bu sahənin öyrənilməsində monoziqot əkizlər əsas tədqiqat modelidir:
“Eyni genotipə sahib olan monoziqot əkizlərdə fərqliliklər artıq embrional mərhələdə başlayır. Ətraf mühitin təsiri nəticəsində eyni genetik baza olsa da, davranışlarda və şəxsiyyətdə fərqlər meydana çıxır. Əgər eyni genotipə malik iki uşaq fərqli ailələrdə böyüyərsə, onların davranış və xarakterində ciddi fərqliliklər müşahidə oluna bilər.”
Aqressiyanın Genetik Əsasları
Bəs aqressiv davranışlara səbəb olan xüsusi genlər mövcuddurmu?
Bəli, mövcuddur. Ən çox tanınan genlərdən biri MAOA — yəni “döyüşçü geni”dir (Warrior gene). Bu genin bəzi cinayətkar fərdlərdə daha çox rastlandığı tədqiqatlarla sübut olunub.
Digər nümunə COMT genidir — bu gen dopaminin parçalanmasında iştirak edir və davranışlara təsir edə bilər.
Lakin qeyd olunmalıdır ki, heç bir gen aqressiyanı təkbaşına yaratmır. Genlər yalnız risk faktorlarıdır. Mühit, sosial tərbiyə, emosional vəziyyət və şəxsiyyətin strukturu ilə birgə davranışı formalaşdırır.
Nəticə olaraq deyə bilərik ki, biz tamamilə genlərimizin əsiri deyilik. Genetik kod bizə bir xəritə verir, lakin bu xəritədə hansı yolu seçəcəyimizə mühit, seçimlər və şüurumuz qərar verir.
Günlərimizdə başlayan həyatımızın memarı özümüz olaq!
Həyat tərzimiz düşündüyümüzdən daha dərinə işləyir — bu gün yaşadıqlarımız bir başqasının sabahına toxunur.

Hazırladı: Sevinc Yusifova