"Düzgün olmayan ilk ixtisas seçimi illərlə çəkə biləcək peşə və həyat dəyişikliklərinə səbəb ola bilər."
İxtisas seçimi abituriyentin həyatındakı ən həlledici dönəmlərdən biridir. Bu qərar təkcə ali məktəb seçimindən ibarət deyil, eyni zamanda gəncin gələcək həyat tərzini, karyerasını və sosial mövqeyini də müəyyənləşdirir. Bu səbəbdən bu mərhələdə valideyn, müəllim və ekspert rəyləri ilə yanaşı, psixoloji dəstək və fərdi yanaşmalar da ön plana çıxır. Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu empatv.az danışdı. Müsahibimiz bu barədə öz baxış bucağını bizimlə bölüşdü.
-Abituriyentlər ixtisas seçimini edərkən ilk növbədə nəyə diqqət yetirməlidirlər? Bu mərhələdə maraq, yoxsa bal daha önəmlidir?
-Ümumiyyətlə, ixtisas seçimi abituriyentlərin həyatında ən önəmli qərarlardan biri hesab olunur. Bu mərhələdə həm şəxsi maraq, həm də toplanan bal mühüm rol oynayır. Yəni abituriyentin maraqları ilə topladığı bal arasında paralellik olmalıdır. Seçdiyi ixtisas onun maraqlarına cavab verməlidir. Bəs bu prosesdə hansı amil daha önəmlidir? Təbii ki, maraq daha ön planda olmalı, ixtisas seçimi abituriyentin şəxsiyyəti, bacarıqları və gələcək planları ilə uyğunluq təşkil etməlidir. Burada söhbət peşə uyğunluğundan gedir. Abituriyentin maraqları, bacarıqları və gələcək hədəfləri arasında harmoniya olduqda, o, seçdiyi sahəyə daha motivasiyalı yanaşır. Bu motivasiya isə həm uğurlu təhsil, həm də sağlam karyera deməkdir. Marağın olmadığı bir sahədə təhsil almaq isə əksər hallarda uzunmüddətli narazılıq və peşmanlıqla nəticələnir. Belə hallarda məzun olan şəxs əmək bazarında yer tapmaqda çətinlik çəkir, mütəxəssis ola bilmir, iştirakçılığı zəifləyir və nəticədə, sahəsini dəyişmək məcburiyyətində qalır. Yəni həm vaxt, həm də səy boşa gedir.
Məsələn, sadəcə yüksək bal topladığı üçün iqtisadiyyat ixtisasını seçən bir abituriyent, əgər bu sahəyə marağı yoxdursa, çox vaxt ya təhsildən uzaqlaşır, ya da ixtisasını dəyişməyə məcbur olur. Bu kimi hallar əlavə təhsil alanlar arasında tez-tez rast gəlinir. Əvvəl fərqli bir sahə üzrə təhsil alıb, sonradan maraq duyduğu sahəyə yönələn insanlar kifayət qədərdir. Bununla belə, topladığı bal da nəzərə alınmalıdır. Çünki bal texniki baxımdan vacib meyardır. Realist seçim üçün abituriyentin bal səviyyəsi əsas götürülür. Məsələn, 200 bal toplayan abituriyentin hüquq ixtisasını seçməsi mümkün deyil. Bu səbəbdən də abituriyent seçim edərkən həm marağını, həm də topladığı balı nəzərə almalıdır.
Yaxşı olardı ki, 15 ixtisas seçimi zamanı bu strategiyaya əməl olunsun:
İlk 5 yer — baldan bir qədər yuxarı olan ixtisaslar,
Növbəti 5 yer — bal səviyyəsinə uyğun ixtisaslar,
Son 5 yer — baldan bir qədər aşağı olan ixtisaslar.
Bu yanaşma riskləri azaltmağa və qəbul şansını artırmağa kömək edir. Amma unudulmamalıdır ki, yalnız “balım çatır deyə bu ixtisası yazım” prinsipi düzgün deyil. Həmin ixtisasa həm də marağınız olmalıdır.
İxtisas abituriyentə ətraflı şəkildə izah edilməlidir: gələcək iş imkanları, sahənin əmək bazarındakı perspektivləri və alternativləri göstərilməlidir. Seçim zamanı həm maraqlı, həm də perspektivli sahəyə üstünlük vermək ideal sayılır.
Yekunda onu vurğulamaq istərdim ki, bəli, bal önəmlidir – o, vasitədir. Amma maraq – yəni abituriyentin daxili motivasiyası və maraq dairəsi – daha ön planda dayanmalıdır. “Bal hara, sən ora” prinsipi yanlışdır. Əksinə, “sən hara, bal ora” yanaşması daha doğrudur.
Bu mərhələdə abituriyentlər mütəxəssislərdən, müəllimlərindən və təhsil ekspertlərindən məsləhət almağa da çəkinməməlidirlər. Doğru istiqamət və düzgün yanaşma gələcək uğurların təməlini təşkil edir.
-Süni intellektin və texnologiyanın sürətli inkişafı gələcəyin peşələrini necə dəyişir və bu, ixtisas seçimində nə dərəcədə nəzərə alınmalıdır?
-Bu gün ixtisas seçimi ilə bağlı ən aktual suallardan biri məhz texnologiyanın, xüsusilə də süni intellektin sürətli inkişafı fonunda ortaya çıxır. Əvvəllər bu dəyişikliklər yalnız gələcək üçün ehtimal hesab olunurdusa, artıq süni intellekt bu günü də formalaşdırmağa başlayıb. Yəni dəyişikliklər təkcə sabahın yox, bu günün də peşələrinə təsir edir. Bu səbəbdən abituriyentlər ixtisas seçərkən yalnız mövcud imkanları deyil, qarşıdakı 10-15 ili də nəzərə almalıdırlar. Süni intellektin inkişafı bəzi peşələri sıradan çıxara, bəzilərini avtomatlaşdıra, yeni peşələr meydana gətirə və ya mövcud sahələri birləşdirə bilər.
Rutin və təkrarlanan işlər – məsələn, kassirlik, bəzi bank xidmətləri, hətta müəyyən hüquqi proseslər belə – avtomatlaşdırılmağa başlayıb. Bunun əvəzində isə yeni və daha çox insan bacarığı tələb edən peşələr meydana çıxır. Məsələn:
Süni intellekt mühəndisi
Data analitiki
Məlumat mühəndisi
Robot texnikası üzrə mütəxəssis
Süni intellekt etikası üzrə ekspert
Bu yeni sahələr yalnız texniki deyil, həm də etik, hüquqi və sosial baxımdan yeni yanaşmalar tələb edir. Həmçinin süni intellekt mövcud peşələri də dəyişir. Məsələn, müəllim və ya jurnalist olmaq artıq təkcə ənənəvi bacarıqlarla mümkün deyil. Müəllim texnoloji vasitələrlə işləməyi bacarmalı, jurnalist süni intellektin imkanlarından istifadə etməyi öyrənməlidir.
Bu baxımdan abituriyent ixtisas seçərkən özünə bu kimi suallar verməlidir:
Seçdiyim ixtisasın gələcəkdə mövcudluğu olacaqmı?
Bu sahə süni intellekt tərəfindən əvəzlənə bilərmi?
Gələcəkdə bu ixtisas üzrə əmək bazarında tələbat olacaqmı?
Bu sahədə texnologiyalarla ayaqlaşa bilərəmmi?
Yeni bacarıqlar qazanmaq üçün potensialım varmı?
İxtisas seçimi zamanı abituriyentlər əmək bazarının gələcək trendlərini araşdırmalıdır. Məsələn, informasiya və texnologiya ilə bağlı sahələrin – informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, kiber təhlükəsizlik – yaxın 10-15 ildə perspektivli olacağı proqnozlaşdırılır. Eləcə də təbiət və texniki elmlər, pedaqoji ixtisaslar, səhiyyə sahəsi (məsələn, həkimlik) də möhkəm dayanacaq sahələr sırasındadır.
Bununla yanaşı, insan bacarıqlarına əsaslanan sahələr də önə çıxır. Kreativlik, empatiya, sosial əlaqə, liderlik kimi keyfiyyətlər tələb edən sahələr – məsələn, psixologiya, təhsil, sosial iş – süni intellekt tərəfindən tam əvəzlənməsi mümkün olmayan sahələrdir. Lakin bu sahələrdə də texnoloji savadlılıq və müasir trendlərlə ayaqlaşmaq olduqca vacibdir. Süni intellekt artıq tendensiya yox, real dəyişikliklərin aparıcı qüvvəsinə çevrilib. Bu səbəbdən abituriyent ixtisas seçərkən bu reallığı mütləq nəzərə almalıdır. Ən düzgün seçim, məhz texnologiyanın gətirdiyi dəyişiklikləri anlayaraq, bu dəyişikliklərə uyğunlaşa bilən, gələcəkdə də aktuallığını qoruyacaq sahələrə yönəlməkdir.
-Valideynlərin ixtisas seçimində abituriyentə təsiri nə qədər olmalıdır? Bəzən bu müdaxilə zərərli nəticələrə gətirib çıxarırmı?
-Ümumiyyətlə, valideynlərin ixtisas seçimi prosesinə təsirsiz qalması çətindir. Onlar övladlarını tanıyır, onların potensialını və xasiyyətini bilirlər. Valideynin rolu, xüsusilə də anaların yanaşması çox vaxt istiqamətverici və dəstəkləyici olur. Amma burada əsas məqam ondan ibarətdir ki, valideyn rolu rəhbərlik və yönləndirmə şəklində olmalı, məcburiyyət və ya basqı halına çevrilməməlidir. Valideynlər öz təcrübələrini bölüşərək, müxtəlif ixtisaslar haqqında məlumat verərək və mənbələr təqdim edərək uşaqlarına dəstək ola bilərlər. Amma bu prosesdə abituriyentin maraqları, bacarıqları və gələcək planları nəzərə alınmalıdır. Qərar yalnız “mən müəllim ola bilmədim, sən ol” prinsipi ilə verilməməlidir. Belə hallar zərərli müdaxilə nümunəsidir.
Təəssüf ki, bəzi hallarda valideynlər cəmiyyətin və ya ətrafın fikrindən təsirlənərək övladlarına seçimləri diktə etməyə çalışırlar. Məsələn:
–“Hamı həkim olur, sən də ol!”
–“Dizaynerlik nədir ki, o sənət deyil!”
Bu kimi yanaşmalar nəticəsində abituriyentin maraqları və potensialı nəzərə alınmadan yalnız gəlir və status əsaslı qərarlar verilir. Nəticədə, övlad istəmədiyi və özünü rahat hiss etmədiyi bir sahəyə yönləndirilir.
Bunun zərərləri nələr ola bilər?
Tələbə maraq duymadığı ixtisasa daxil olur, motivasiyasız oxuyur və ya təhsili yarımçıq qoyur.
Gələcəkdə həmin sahədə işləmək istəmir, bu isə peşmançılığa və psixoloji narahatlıqlara səbəb olur.
Gənc özünü sıxılmış, dəyərsiz və söz haqqı olmayan biri kimi hiss edir.
Bu isə ailə münasibətlərində emosional gərginliyə və uzaqlaşmaya yol açır.
Karyera dəyişikliyi ehtiyacı yaranır, əlavə təhsil, vaxt itkisi və maliyyə xərcləri baş verir.
Qısacası, düzgün olmayan ilk ixtisas seçimi illərlə çəkə biləcək peşə və həyat dəyişikliklərinə səbəb ola bilər.
Bəs nə etməli?
Valideyn dinləməyi öyrənməlidir. Abituriyentin fikrini başa düşməyə çalışmalıdır.
Abituriyent isə valideynin fikrini təcrübə və məsləhət kimi qiymətləndirməlidir.
Ailə daxilində qarşılıqlı hörmət və etimad əsasında birgə qərar verilməlidir.
Zərurət olduqda karyera məsləhətçisi və ya təhsil eksperti ilə görüşmək, peşəkar yanaşmadan faydalanmaq tövsiyə olunur.
Valideynin bu prosesdə rolu tamamilə olmamalıdır demək düzgün olmaz. Əksinə, valideynin təsiri ola bilər və hətta olmalıdır – amma bu, müdaxilə və ya məcburiyyət formasına çevrilməməlidir. Doğru olan — qarşılıqlı anlaşma və hörmət üzərində qurulmuş ortaq qərardır. Bu cür yanaşma həm abituriyentin şəxsi inkişafına, həm də ailə münasibətlərinin sağlamlığına müsbət təsir göstərir.
-Sizcə, uğurlu ixtisas seçiminin açarı nədədir və bugünkü gənclərə bu baxımdan hansı tövsiyələri verərdiniz?
-İnsan, ilk növbədə, özünü tanımağı bacarmalıdır. Öz bacarıqları, maraqları, dəyərləri və zəif tərəfləri haqqında məlumatlı olmalıdır. Bu, təkcə universitetə qəbul olmaq üçün verilən qərar deyil – bu, insanın bütün həyatına təsir edən, taleyini formalaşdıran bir istiqamət seçimidir.
Uğurlu ixtisas seçiminin əsas şərti özünü kəşf etməkdir. Abituriyent özünə bu kimi sualları verməlidir:
Mən nə ilə maraqlanıram?
Hansı fənlər məni yorur, hansılar məni həvəsləndirir?
Hansı sahədə saatlarla işləsəm də yorulmaram?
Mən kim olmaq istəyirəm?
Bu sahə mənim həyat tərzimə və dəyərlərimə uyğundurmu?
İxtisas seçimi yalnız maraq əsasında deyil, həm də geniş araşdırma nəticəsində edilməlidir. Abituriyent seçmək istədiyi ixtisasla bağlı ətraflı məlumat toplamalıdır.
–Bu sahədə gələcək iş imkanları necədir?
–Azərbaycanda və xaricdə bu sahəyə tələbat varmı?
–Bu ixtisas yaxın 10–15 il ərzində əmək bazarında davamlılığını qoruyacaqmı?
–Mən bu sahədə gələcəkdə mühəndis, mütəxəssis, ekspert ola biləcəyəmmi?
–Bu sahə mənə hansı gəlir imkanlarını və peşə sabitliyini vəd edir?
Seçimlər qısa müddətli deyil, uzunmüddətli düşünülməlidir. Məsələn, bu gün universitetə qəbul olmaq məqsədi ilə edilən qərar, sabah sizi motivasiyasız və peşman edə bilər. Ona görə də ixtisas seçimi zaman yalnız “balım çatırsa, yazım” prinsipi yetərli deyil. Bəzən daha aşağı bal tələb edən, amma sizin maraq və bacarıqlarınıza uyğun bir ixtisas sizi çox daha uzaqlara aparar. Əksinə, yüksək bal toplamaqla qəbul olduğunuz, lakin maraq göstərmədiyiniz bir ixtisasda uğursuz ola bilərsiniz.
Gənclər bu mərhələdə cəmiyyətin və ətrafın diktəsinə deyil, daxili səsinə qulaq asmalıdır. “Hamı ora gedir, mən də gedim” prinsipi çox zaman yanıltıcı olur. Gənc özünə bu sualı verməlidir:
“Mənim yolum nədir?”
Bəzən sürüdən ayrılmaq, axına qarşı getmək, öz yolunu seçmək daha uğurlu nəticələrə aparır. Bu, hər nə qədər çətin və riskli görünsə də, uzunmüddətli məmnuniyyət və peşəkar uğurun açarı ola bilər.
Abituriyentlər bu yolda real peşə sahibləri ilə söhbətlər etməli, onların təcrübəsindən faydalanmalı, karyera məsləhətçilərinin fikirlərini dinləməlidirlər. Həyat xəyallarımızdan ibarətdir, amma bu xəyallar reallıqla uyğunlaşmalıdır. İxtisas seçimi zamanı texnoloji dəyişikliklərə də xüsusi diqqət yetirilməlidir:
–Süni intellektin və rəqəmsallaşmanın təsiri
–Beynəlxalq əmək bazarının tələbləri
–Yeni trendlər və bacarıq istiqamətləri
Sonda nə lazımdır?
Uğurlu ixtisas seçimi üçün dörd əsas element balanslı şəkildə qiymətləndirilməlidir:
1.Maraq
2.Bacarıq
3.Əmək bazarında tələbat
4.Doğru istiqamət və gələcək perspektiv
Bu elementlər harmoniya təşkil etdikdə, abituriyent yalnız universitetə qəbul olmaqla kifayətlənməz – o, gələcəkdə özünü tapmış, motivasiyalı və uğurlu bir peşəkar ola bilər.
-Psixoloji testlər və peşə yönümü diaqnostikası abituriyentlərin seçimində nə qədər effektiv ola bilər?
-Ümumiyyətlə, psixoloji testlər və peşə yönümlü diaqnostik alətlər abituriyentlərin ixtisas seçimi zamanı faydalı ola bilər. Bu testlər abituriyentin maraq dairəsini, şəxsiyyət tipini, potensial gücünü və güclü tərəflərini müəyyənləşdirməyə kömək edir. Bu isə gələcəkdə yaşana biləcək peşə peşmanlıqlarının qarşısını almaqda müəyyən dərəcədə təsirli ola bilər.
Qeyd etmək lazımdır ki, bu testlər şəxsi və məqsədyönlü seçimə kömək etmək üçün nəzərdə tutulub. Lakin testlərin nəticəsi heç vaxt yeganə və dəyişməz meyar kimi qəbul edilməməlidir. Onlar yalnız qərarvermə prosesini dəstəkləyən bir vasitə rolunu oynayır.
Bu mövzuya daha dərindən toxunmaq istəmirəm, amma ümumi yanaşma belədir: psixoloji testlər və diaqnostika abituriyentin ixtisas seçiminə yön verə bilər, amma qərarı yenə də abituriyentin özü verməlidir. Testlərin nəticəsi real həyatda müşahidə, təcrübə və fərdi inkişafla uzlaşdırıldıqda daha sağlam seçimlərə gətirib çıxara bilər. Yekunda onu vurğulamaq istərdim ki, bu testlər sadəcə bir yol göstəricidir. Əsas qərar abituriyentin özü tərəfindən verilməlidir. Onun marağı, məqsədi və baxış bucağı hər şeydən önəmlidir. Sadəcə bu baxışı düzgün istiqamətləndirmək və sağlam şəkildə formalaşdırmaq lazımdır.
Göründüyü kimi, psixoloji testlər və peşə yönümlü diaqnostik metodlar abituriyentlərə özlərini daha yaxşı tanımaqda, maraq və bacarıqlarını kəşf etməkdə dəstəkçi vasitə kimi çıxış edə bilər. Lakin bu nəticələr təkbaşına qərar vermək üçün əsas deyil, daha çox fərdi seçim prosesinə istiqamət verən yardımçı alətlər kimi qiymətləndirilməlidir. Müsahibimizin də vurğuladığı kimi, son söz abituriyentin özünə aiddir – düzgün istiqamət, sağlam qərar və gələcəyi düşünərək atılan addımlar uğurlu ixtisas seçiminin əsas şərtləridir.

Müsahibəni hazırladılar:
Sura Əliyeva
Xumar Emilqızı