
Erkən nigah və onun qurbanları
Bakıda 13 yaşlı yeniyetmə qız, 37 yaşlı kişi ilə nişanlanıb.
Erkən nigah dünyada milyonlarla insanın həyatına mənfi təsir göstərir. Erkən nigahın baş verməsində ən böyük pay icmanın üzərinə düşür. Erkən nigaha daha çox inkişaf etməkdə olan ölkələrdə rast gəlinir.
Erkən nigahın uşağa həm fiziki,həm psixoloji, həm də sosial cəhətdən mənfi təsirləri var. Psixoloji cəhətdən erkən nigaha uşağın özünündə meyilliyi ola bilər. Bununda əsas səbəbi uşaqların kiçik yaşlarında valideynlərindən ala bilmədiyi sevgidir.
Erkən nigaha bütün ölkələrdə təsadüf edilir. Lakin daha çox Latın Amerikası, Cənubi Asiya, Afrika ölkələrində rast gəlinir. Efiopiya kimi inkişaf etməkdə olan ölkələr sırasındadır. Lakin burada da ənənəvi inanclar, iqtisadi motivlər, din erkən nigahın əsas səbəbləri kimi tanınır.
Erkən nigah ənənəsi qızların gələcək maliyyə imkanlarını təmin etmək üçün davam etdirilir. Erkən nigahları azaltmaqda ən vacib yollardan biri də qızların məktəbdə qalmasını, təhsilə yönləndirilməsini təmin etməkdir. Erkən nigah qızların şəxsi inkişafını və hüquqlarını çox ciddi şəkildə pozur. Erkən nigahların aradan qaldırmasında əsas rol maariflənmədir. Ölkəmizdə də erkən nigah hallarının aradan qaldırılmasında məktəb , təhsil, maarifləndirmə tədbirləri əsas çıxış yoludur.