"Bu sahələrdə iş üçün görkəm vacibdir"
Hər insana bir dəfə də olsa deyilib ki, get cv gətir, cv-yə baxıb qərar verək. Bəs cv üçün doğru bildiyimiz yanlışlar nələrdir? Empatv.az olaraq mövzunu hr üzrə mütəxəssis İlkin Məcidov ilə müzakirə etdik.
-Cv hansı sözlərdən ibarətdir və dilimizdə nə məna kəsb edir?
-Cv forması insanların şirkətlə əlaqəsini bildirən sənəddir. Cv-ni ümumiləşdirib bir söz ilə ifadə etsək, şirkətlə işçinin arasında ilk vəsiqə və ya ilk körpüdür.
-Aydındır. Mən istəyərdim ki, cv termini açaq.
-Bəli, “curriculum vitae” ifadəsinin qısaltmasıdır. Mənasına həm tərcümeyi-hal, həm də həyat yolu deyə bilərik.
-Doğru bildiyimiz yanlışlardan danışaq. Cv-də yazılmalı olmayan, lakin çox insanın yazdığı məlumatlar nələrdir?
-İndi cv-də ailə vəziyyəti ilə bağlı subay/evli yazmaları düzgün deyil. Çünki işə götürənin əsas hədəfi kadr ehtiyacını bağlamaqdır. Bu isə evli və ya subay olmaqdan asılı deyil. Müəyyən nüanslar var ki, artıq yoxa çıxır. Məsələn, şəkil. Artıq şəkilsiz cvlər də qəbul olunur. Və ya dörd nəfərdən ibarət şəkil qoyurlar. Dairəyə alırlar ki, bu mənəm. Bunlar cv-ni normal göstərmir. Bəzən isə ciddi olmayan email ünvanları qeyd edirlər. Belə email ünvanları nə cv-nin ciddiliyini özündə əks etdirir, nə də vakansiyaya uyğundur. Məsələn, hüquq sahəsində vakansiya üçün cv-də “raminingülü” adlı email yazırlar.
-Bəzi insanların təcrübəsi genişdir. Bu təcrübənin hamısını qeyd etmək üçün 2-3 səhifə lazımdır. Belə halda nə etməlidirlər?
-Cv-yə həyat yolu desək də, orda bütün həyatımızda baş verənləri yazmamalıyıq. Anlayış göstərmək lazımdır ki, qarşı tərəfə yüzlərlə cv göndərilir. Hr üzrə mütəxəssis birinci hamısını ehtiyaca görə ələkdən keçirir. Sonra ələkdən keçən cvlərə baxır. Məsələn, mənim ehtiyacım maliyyəçidir. Bu zaman ilk təhsilə baxıram. Maliyyə deyil, rejissorluq fakültəsini qurtarıbsa, mənim tələblərimə uyğun deyil. Bu seminar, təlimlərə də aiddir. Həyatınız boyu nə qədər seminara qatıldığınızı orda göstərməkdənsə cv-nin əsas hissəsində özünüz haqqında geniş məlumat verin. Seminar və təlim hissəsində isə vakansiyanın tələbinə uyğun olanları qeyd edin, hamısını yox. Digər seminarları isə müsahibə mərhələsində deyə bilərsiniz. Bəzən bir cv-ni hazırlayıb bütün vakansiyalara göndərirlər.
-Yəni hər yerə eyni cv göndərilməli deyil?
-Bəli, eyni cv-ni müxtəlif vakansiyalar üçün göndərmək olmaz.
-Qeyd etdiniz ki, cv-də ilk təhsilinə baxırsınız. İxtisasla müraciət vakansiyası eyni olmalıdır?
-Bəli
-Amma bəlkə şəxsin təcrübəsində vakansiyaya uyğun təlim/ seminarlar var. Bəs bu məqam necə nəzərə alınır?
- Daha çox hesabat, texniki sahəyə bağlı olan ixtisaslarda (maliyyə, IT, mühasibatlıq) təhsil lazımdır. Kommunikasiya, insan resursları şöbəsinə işçiləri yetişdirmək olur. Ancaq texniki sahədə bu mümkün deyil. Texniki sahə bazaya, təhsilə bağlıdır. Məsələn, rejissorluğu qurtaran şəxs mühəndislik ilə bağlı vakansiya üçün nə qədər istəkli olsa da təhsili yoxdur. Hər hansı aparatda səhv etsə, burda həvəs, istək heç bir işə yaramayacaq.
-Bəs təcrübəsi az olan insan cv-sini necə parlaq edə bilər?
-Bu vakansiyadan asılıdır. Məsələn, universiteti bitirmiş yeni məzunların təcrübə tərəfi zəif olur. Buna görə də onlar cv-də bacarıq tərəflərinə üstünlük verməlidir. Məsələn, ünsiyyət qurmaq, komanda ilə işləmək, liderlik bacarıqları.
-Siz özünüz hr olaraq cv-də təcrübəyə, struktura, dizayna nə qədər önəm verirsiniz?
-İlk cv-nin tələbə uyğun olub-olmadığına baxırıq. Bundan sonra təbii ki, dizayn vacibdir. Bəzən elə formada göndərirlər ki, təcrübə ilə təhsil qarışıq olur. Ötürülən məlumatın tək bolluğu deyil, həmçinin düzgünlüyü vacibdir. Şəxs vakansiya üçün bütün tələblərə uyğun olsa da kortəbii şəkildə yazılan cv-dən məlumat əldə etmək olur. Çünki dolğun məlumat yaxşı üslubda göndərilməyib.
-Amma elə ixtisas sahibləri var ki, onların dizayn bacarıqları yoxdur. Məsələn, həkimlərin ixtisası daha çox kimya, fizika, biologiyaya ilə bağlıdır. Dizayn edə bilmirlərsə onların təcrübəsi, təhsili hədər olmuş sayılır. Bu ədalətlidir?
-Cv doldurmaq üçün dizayn bacarıqları tələb etməyən proqramlar da mövcuddur. Hər kəs geyinərkən rəng , saç uyğunluğuna fikir verir. Ona görə də, cv hazırlamaq üçün dizayner olmaq lazım deyil. Proqramlarda rəng, forma, şrift seçimi edə bilirik.
-Hr olaraq cv-yə neçə saniyə baxmaq sizin üçün yetərlidir?
-Cv dəqiq hazırlanmalıdır ki, baxan maksium 30 saniyə təhlil edə bilsin. Mərhələli şəkildə 30 saniyəyə cv-yə baxırıq. Bəzən cv-dəki hər hansı cümlə bizi namizədlə görüşməyə vadar edir. Məsələn, namizədin təcrübəsi yoxdur, amma beynəlxalq sertifikatı var.
-Qeyd etdiniz ki, hazırda cv-də şəkil aktual deyil. Lakin əvvəllər tələb olunurdu və yenə də tələb edən orqanlar var. Bir insanın şəkli onun təcrübəsi, işə qəbulu üçün necə rol oynaya bilər?
-Lazım deyil deməyək, amma vacib deyil. Bəzi hallarda vakansiyaya qəbul üçün şəkil işə yarıyır. Kommunikasiya, ictimaiyyətlə əlaqə, satış, marketinq şöbəsində namizədin görkəminə önəm verilir. Məsələn, sizin sahənizdə-jurnalistikada müxbirlərin görünüşünə önəm verilir. Belə olduğu halda şəkil mütləq lazımdır. Amma ofisdə arxa planda olanda, məsələn, maliyyəçi, mühasib, hr üçün görkəm vacib deyil. Bu vakansiyalarda şəklin yerinə bilik, bacarıqlar önə çıxır.
-Siz gələcəyin cvlərini necə təsəvvür edirsiniz?
-Hər birimizin emaili var, sosial şəbəkələrdən istifadə edirik. Məlumatlar əlçatandır. Nəzərə alsaq ki, sosial şəbəkələrdə bütün məlumatlarımızı qeyd edirik və cv doldurmağa ehtiyac qalmır. Bu formadan istifadə etdikcə, nə vaxtsa fiziki cv istifadə etdiyimiz, onu hər yerə göndərdiyimiz yadımıza düşəndə gülməli gələcək.
-Son paylaşımınızı oxuyuram: “ 5 il sonra özünü harda görürsən, yox bir ilk maaşında mənə nə alacaqsan? Sual qəhətdi?”. Bəs, sizcə, hansı suallar ünvanlanmalıdır?
-“5 il sonra özünüzü harda görürsünüz?” sualını əvvəlki dövrdə əsaslandırmaq olardı. Amma indi başqa formadan istifadə etmək olur. Məsələn, “Şansınız olsa hansı tanınmış adam ilə görüşmək istəyərdiniz?” və ya “Hansı yazıçı ilə kitabını müzakirə etmək istəyərdiniz?”. Bəzi insanlar elə şəxsin adını çəkir ki, onun daxili dünyasını görmək olur. Amma digər sualı versək, onun intellektual səviyyəsini anlamaq olmur. Məsələn, namizəd deyər ki, sənin yerində olmaq istəyirəm. Hr isə düşünər ki, mənim yerimdə gözü var, işə götürməyim. Bəzi insanlar bilmir ki, 5 il sonra harda olacaq. Əks arqumentlə də namizəd soruşa bilər ki, bəs siz 5 il sonra məni hansı həddə çatdıra bilərsiniz? Bu artıq idarəçinin əlindədir. Buna görə hr özü də bu suala hazırlıqlı olmalıdır. Yəni, idarəçi namizədi kadra çevirə bilər.

Müxbir: Gülnisə Əfkari