MƏTBUAT GÜNÜ
Mətbuat sadəcə informasiya ötürən vasitə deyil, daha önəmli mövqeyə sahibdir.
Belə ki, mətbuat cəmiyyətin düşüncə tərzini formalaşdıran, istiqamət verən güclü bir qüvvədir.
Azad və şəffaf mətbuat sağlam ictimai quruluşun təməlidir. Hər xəbər və hər yazı yalnız faktı deyil, bir yanaşmanı, mövqeni və məsuliyyəti daşıyır.
Mənim fikrimcə əgər bir ölkədə mətbuat susursa, orada ədalət anlayışı da zamanla səssizləşir. Və eyni zamanda əgər sözün azadlığı qorunursa, bu zaman cəmiyyətdə nəfəs alır.
Bu səbəbdəndir ki, mətbuat-cəmiyyətin həm dili, həm gözü, həmdə vicdanıdır.
Mətbuatın yaranma tarixindən bu günkü çağırışlarına qədər uzanan yola nəzər salsaq;
1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan mətbuatının əsası qoyuldu.
Bu sadəcə qəzet deyil, xalqın maariflənməsinə, milli kimliyimizin dirçəlişinə atılan ilk addım idi. Hansı ki bu addımı Həsən bəy Zərdabi atdı.
Ardınca gələn “Molla Nəsrəddin”, “Füyuzat” kimi nəşrlər ictimai tənqid və bədii-estetik baxışla yeni şüur yaratdı.
Zaman keçdikcə mətbuat senzuralardan, ideoloji təzyiqlərdən, siyasi manipulyasiyalardan keçərək bu gün rəqəmsal, surət və rəqabət dolu bir mediaya çevrildi.
Ancaq dəyişməyən və kifayət qədər böyük olan bir məsuliyyəti var mətbuatın - dürüstlüyün və əxlaqi normaların qorunması.
Bəli, bu gün mətbuatın qarşısında duran ən önəmli çağırışlardan biri etikanı qorumaq və cəmiyyətin zövqünü formalaşdırmaqdır. Təəsüf ki bəzi televiziya proqramları “reytinq” uğrunda etik və mənəvi dəyərləri gözardı edir, insanların şəxsi həyatını ifşa edir, faciələri şouya çevirir və ictimai duyğuları manipulyasiya edir.
Hansı ki, bu cür yanaşmalar, mətbuatın əsas vəzifəsi olan maarifləndirmə və sağlam düşüncə yaratmaq funksiyasına ziddir.
Cəmiyyətə təsir edən hər platforma, xüsusilə mətbuat, düşüncə, əxlaq və estetik baxımdan məsuliyyətli olmalıdır. Mətbuat sadəcə informasiyanı paylaşmamalı, həmdə yüksək zövq və sağlam fikir aşılamalıdır.
Biz “Empa TV” komandası olaraq daim bu dəyərlərə sadiq qalaraq, cəmiyyətə fayda verməyə çalışırıq.
“Empa TV”də hazırlanan bütün reportajlar, sosial sorğular və analitik yazılar təkcə informasiya yox, eyni zamanda sağlam fikir və şüur ötürür.
Biz peşəkar jurnalistikanı etika ilə birləşdirən bir yanaşma ilə çıxış edirik. Gənc jurnalistlər burada təkcə mikrofon arxasında yox, həm də cəmiyyətin içindədir.
Mətbuat günü sadəcə bir peşə bayramı deyil, cəmiyyətin haqq səsinə dəyər vermə günüdür. Bu gün münasibətilə mətbuat sahəsində çalışan bütün dəyərli jurnalistləri, media işçilərini və söz əhli olan hər kəsi təbrik edir, onlara sözün, vicdanın və həqiqətin keşiyində qalmaqda güc və uğurlar arzulayıram.
Empa TV komandası olaraq daim bu yolda dürüst və məsuliyyətli mövqe nümayiş etdirməyə çalışacağıq. Və biz inanırıq ki, sağlam fikir və yüksək dəyərlərlə fəaliyyət göstərən media qurumları yalnız bu günü deyil, sabahı da işıqlandıracaq.
Çünki, Mətbuat varsa, ümid var!

Hazırladı: Sevinc Yusifova