Azyaşlınım ölüm faciəsi

Azyaşlınım ölüm faciəsi


Bu gün bakıda azyaşlının ölümünə səbəb olan faciə baş verib.Həyat yoldaşından şiddət görən qadın küçəyə qaçıb,uşaq atasının onada şiddət göstərəcəyindən qorxaraq səkiyə doğru qaçmağa başlayıb, bu zaman avtomobilin azyaşlını vurması nəticəsində uşaq dünyasını dəyişib.Aparılan araşdırmalar nəticəsində qadının həyat yoldaşından 28 yaş kiçik  olduğu faktı meydana çıxıb.

Ailədə şiddət ,məişət zorakılığı,kişilərin qadınlar üzərindəki hökmranlığı,sonda ailədə münaqişələrin artmasına qarşı tərəflərdən birinin ölümünə,ya da uşaqların həm fiziki həm də psixoloji cəhətdən şiddət görmələrinə gətirib çıxarır.Ailədə münaqişəli vəziyyətlə qarşılaşan uşaqlar son dərəcə aqressiv olur,valideynləri ilə ünsiyyət qurmada çətinlik yaşayır,həmyaşıdlarıyla yola gedə bilmirlər, qorxu hissi,emosional pozuntular,pani atak halları uşaqlarda özünü biruzə verir.

Dünyada hər il milyonlarla azyaşlı uşaq  dünyasını dəyişir.Statistik göstəricilərə görə ölüm halları  0-5 aralığı uşaqların arasında baş verir.Bu göstəricilərə daxildir; Müəyyən xəstəliklər,doğum zamanı baş verən uşaq ölümü,digər göstərici kimi ailədə baş verən münaqişə nəticəsində uşağa qarşı yaranan laqeyd münasibət,uşağa göstərilən fiziki şiddət,uşaq qətlidir. 

Ailə quran hər kəs bu məsuliyyət hissini dərk etməli,bu həyata gətidikləri övladlarının sağlam şəkildə böyüməsi üçün əllərindən gələni etməlidirlər.

Müəllif:Çinarə Hüseynova
Redaktor:Məmmədli Nərgiz
Top