Bir mahnının tarixçəsi: “Bayatılar”
Gəlin əvvəlcə musiqisi Eldar Mansurovun əliylə bəstələnmiş, sözləri Vahid Əzizə məxsus və səsi Brilliant Dadaşovanın nəfəsindən doğulan bu mahnının sözlərinə diqqət edək:
Ürəyimdə ayaz var
Nə qış gedir, nə yaz var.
Oyatma bənövşəni,
Kol dibində Ayaz var.
Kədərli baxmayaydı,
Göz yaşım axmayaydı.
Yad baxmağı bir yana
Yar, yada baxmayaydı.
Bu dünya çətin qala,
Yolları çətin qala.
Yaxşı yarı yazda gəz,
Payıza çətin qala.
Qalanın daşı oldum,
Gözünün yaşı oldum.
Dünyada gün görmədim,
Sevəndə naşı oldum.
Yenə də axşam oldu,
Gün keçdi, axşam oldu.
Gecələr mən alışdım,
Əriyən şam oldu.
Yanımda qal birazda,
Göz yaşı var Arazda.
Yar yuxusun danışıb,
Şəkli qalıb Arazda.
Azərbaycan musiqisinin tarixində elə mahnılar var ki, onlar sadəcə notlardan və sözlərdən ibarət olmur. Zamanla bir xalqın hisslərini ifadə edən, yaddaşına hopan bir sənətə çevrilir. “Bayatılar” mahnısı da məhz bu qəbildəndir. Onun uğuru, bu günə qədər sevilməsi və dilimizdən düşməməsi təsadüfi deyil. Arxasında güclü bir bəstəkar duyumu, poeziya ilə musiqi arasında qurulan unikal bir bağ və səmimi sənət münasibəti dayanır.
Bu mahnının yaranma tarixçəsini öyrənmək üçün onun müəllifi, xalq artisti Eldar Mansurovla əlaqə saxladıq. Suallarımıza olan cavablar, sadəliyi ilə yanaşı, həm də bir musiqiçinin daxili aləmini göstərən təvazökar və dərin məqamlarla dolu idi.
Əvvəlcə mahnının necə yarandığı ilə maraqlandıq. Eldar bəy bu hissəni olduqca sadə, amma bir o qədər də təsirli şəkildə izah etdi. O, bildirdi ki:
“Adi bir gün idi. Oturub piano çalırdım və bu melodiya beynimdən barmaqlarıma hopdu. Vəssəlam!)”
Bəzən böyük əsərlərin yaranması üçün böyük sarsıntılar və ya planlar lazım olmur. Bəzən onlar sadəcə bir anın içindən doğulur. “Bayatılar”ın da belə doğulması, onun təbii ruhunu daha da gücləndirir.
Əlbəttə, bir çox oxucu və dinləyici üçün maraqlı sual odur ki, bu əsərdə əvvəlcə musiqi olub, yoxsa sözlər. Eldar bəy bu barədə də açıq danışdı. O bildirdi ki, musiqi 1988-ci ildə yaranıb – özü də tamamilə instrumental formada. O zaman hələ bu əsərin sonradan sözlərlə tamamlanacağı bəlli deyildi.
Bu prosesin necə davam etdiyini belə izah etdi:
“Mən “Bayatılar” adlı bu musiqimi 1988-ci ildə instrumental şəkildə bəstələmişdim və düşünürdüm ki, nə vaxtsa bu musiqiyə söz qoşsam, Azərbaycan xalq bayatıları kitabından uyğun bir şeir tapıb mahnı da edə bilərəm. Elə o ərəfələrdə, təxminən 1989-cu ilin əvvəllərində şair Vahid Əzizlə tanış oldum. O mənə bir neçə yeni yazdığı şeirləri və “Əllərimin kölgəsi” adlı şeir kitabını göndərmişdi ki, orda bəyəndiyim şeir olsa, ona mahnı yazım. Mən həmin vaxtlarda onun “Bu sevgi”, “İnanıram sevgiyə”, “Uzaqlıq”, “Bəhanə kimiyəm” şeirlərinə mahnılar yazmışdım. Bu mahnılardan sonra bizim yaradıcılıq birliyimiz daha da bərkidi və Vahid dedi ki, onun sözlərinə daha bir neçə mahnı yazım. Mənim Azərbaycan poeziyasında ən çox sevdiyim janr bayatılardır. Vahid Əzizin “Əllərimin kölgəsi” adlı şeir kitabını vərəqləyərkən orda “Bayatılar” adlı bir şeirə rast gəldim. Gördüm ki, şeirin ölçüsü mənim musiqimlə üst-üstə düşür və çox fikirləşmədən bu şeiri götürüb, əvvəllər bəstələdiyim instrumental musiqinin mahnı versiyası etdim. Beləliklə, instrumental formada yazılmış “Bayatılar” oldu mahnı. Onu da qeyd edim ki, mənim musiqilərimin əksəriyyəti instrumental yaranır, mahnıya isə mən onları sonradan çevirirəm.”
Bu cavab həm musiqinin yaranma strukturunu, həm də Eldar bəyin poeziya ilə münasibətini açıq şəkildə göstərir. Göründüyü kimi, bu təkcə bir mahnı yazmaq deyil, həm də musiqi ilə söz arasında ideal ölçü və ruh uyğunluğu axtarışı idi.
“Bayatılar”ı ilk dəfə kim səsləndirməli idi? Musiqinin janr xüsusiyyətlərini nəzərə alsaq, düzgün ifaçı seçimi mahnının taleyində həlledici ola bilərdi. Eldar bəy bu barədə də düşünülmüş və qəti qərara sahib idi:
“Əgər fikir vermisinizsə, mənim həmin illərdə yazdığım mahnılar sırf estrada üslubunda idi. Bu “Bayatılar” isə daha çox milli çalarlarla zəngin idi, ona görə də kimin ifa edə biləcəyi mənə artıq bəlli idi. Bu, Brilyant Dadaşova idi. Bizim birgə yaradıcılığımız hələ 1984-cü ildən başlamışdı və o, mənim bir çox mahnılarımı gözəl ifası ilə səsləndirmişdi.”
Brilliant Dadaşovanın ifasında bu əsər öz musiqi dəyərini tamamladı və xalq arasında qısa zamanda sevilərək geniş yayıldı. Sözlər, musiqi və səs – üç sənət qatının birləşməsi idi bu.
Sonda isə Eldar Mansurova bu əsərin onun üçün nə anlam ifadə etdiyini soruşduqda, belə cavab verdi:
“Mən həmişə demişəm, bu mahnının uğurunu Tanrı özü buyurub və mən məhz Ona minnətdaram. O ki qaldı yer məsələsinə, mən heç vaxt musiqilərimi yerlərə, yaxşı və pislərə bölməmişəm. Musiqilərimin hər biri mənim əllərimdən, beynimdən, canımdan və ruhumdan çıxıb və hamısı mənim üçün əzizdir.”
Bu cavab, əslində, sənətkarın öz yaradıcılığına münasibətinin güzgüsüdür. Onun üçün hər musiqi parçası bir həyat təcrübəsinin, daxili bir hissin məhsuludur və ona görə də müqayisə olunmazdır.
Onu da qeyd etmək istəyirəm ki,
"Bayatılar" mahnısı Azərbaycanın sərhədlərini aşaraq dünya musiqisində lansman tapıb.
Belə ki bu musiqi, yalnız Azərbaycanda deyil, həmçinin keçmiş Sovet İttifaqının da daxil olduğu geniş coğrafiyada məşhurlaşmışdır. Hətta “Bayatılar” musiqisi dünya səviyyəsində istifadə olunub, yüzlərlə versiya hazırlanıb, müxtəlif dillərdə adlandırılıb və fərqli janrlarda adaptasiya edilib və hamısı orijinalın melodik kökünü qoruyub.
Bugün “Bayatılar” təkcə bir mahnı kimi yox, həm də bir dönəmin ruhunu əks etdirən sənət nümunəsi kimi yaşayır. O, həm müəllifin istedadının məhsulu, həm də xalqın duyğularının səsinə çevrilmişdir. Melodiyanın doğuluş anındakı sadəlik, illərlə yaddaşlarda iz buraxacaq qədər təsirli olması, bu əsərin möhtəşəmliyini bir daha göstərir.
Hər həftə “Bir mahnının tarixçəsi”ndə fərqli bir musiqi ilə tarixə səyahət edirik. Bu dəfə isə bizi aparan “Bayatılar” oldu – səssizliyin səsi, milliliyin melodiyası.

Hazırladı : Sevinc Yusifova